AnalitikaGündəmSiyasət

Cənab İlham Əliyev Azərbaycan tarixinin ən parlaq Zəfərinin müəllifidir

Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin nurlu yolunu yeni meyarlarla zənginləşdirərək davam etdirən ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırdı.

Prezident İlham Əliyev görülən möhtəşəm işlərə 21 il bundan əvvəl 2003-cü il oktyabrın 31-də təntənəli şəkildə xalqa, Vətənə sədaqət andı içərək başlamış, verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev bu illər ərzində verdiyi bütün vədləri reallaşdırdı. Məhz onun yürütdüyü siyasət nəticəsində dünyada baş verən maliyyə böhranı Azərbaycanın inkişafının qarşısını ala bilmədi. Bütün bu möhtəşəm uğurlara rəğmən, dövlət başçımız İlham Əliyev inkişafın son həddinin olmadığı qənaətindədir. O, Azərbaycanı daha da xoşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir.

Xalqımızın bütün vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan lideri bu yolda həmişə dəstəkləyəcəkdir. Ölkə başçısı son 21 ildə ölkədə gördüyü müsbət işlər sadalamaqla bitməz. Xalq ilk gündə olduğu kimi 21 ildən sonra da İlham Əliyevin bu siyasətinin uğurla davam edəcəyinə əmindir.

Onu da qeyd etmək istərdim ki, 44 günlük vətən müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun həm də xalqımızın haqq mübarizəsində Zəfər çalaraq tarixin səhifələrinə əbədi həkk olundu. 30 ilə yaxındır ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi imzasıdır.

Məhz, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Buna əmin olsunlar ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdidlə danışmağa imkan verilməyəcək. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin gücünü Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” şüarını Azərbaycan tarixinə qızıl həriflərlə yazan Ölkə rəhbəri vardır!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button