AnalitikaGündəmSiyasət

Prezident Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb

Xalqımızın yeni əsrdə yeni lideri olan cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Prezident İlham Əliyev bu xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. 2003-2024-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş cənab İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.eni reallıqlar yarandı.

Qurucu lider olan Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və  öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm faktor Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub. Sözsüz ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Belə də oldu: Azərbaycan doğrudan da heç vaxt indiki qədər güclü olmayıb.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin yaxşılaşdırılması, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.

Cənab İlham Əliyev dövründə Azərbaycan iqtisadiyyatı neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf etməyə başlamışdır. İqtisadiyyatın diversifikasiyası istiqamətində bir sıra layihələr reallaşdırılmışdır. Prezidentin sosial siyasətini gücləndirmək məqsədilə müxtəlif proqramlar həyata keçirilib, sosial müdafiə, səhiyyə, təhsil sahələrində islahatlar aparılıb.Cənab Əliyev, ölkənin beynəlxalq arenada mövqeyini gücləndirmək üçün çoxşaxəli xarici siyasət yürütmüş, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı artırmışdır. Transmilli infrastruktur layihələrinin, o cümlədən enerji və nəqliyyat sahəsindəki layihələrin həyata keçirilməsi, ölkənin strateji mövqeyini gücləndirmişdir. Bu fəaliyyətlərin nəticəsi olaraq, İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynamışdır.

İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı cənab İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.

Vəfa Bayramova,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi 

Oxşar Xəbərlər

Back to top button