AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı ictimai-siyasi sabitliyi Prezident İlham Əliyevin adı ilə bağlıdır

2003-2024-cü illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifəni – respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, istərsə də ölkəmizin siyasi və iqtisadi qüdrətinin yüksəlməsi naminə heyrətamiz işlər görmüşdür. O, bu illər ərzində respublikamızın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi bütün uğurlara xalqın köməyinə və dəstəyinə arxalanaraq ən layiqli vətən övladlarını ətrafında sıx birləşdirərək nail olmuşdur. Yuxarıda sadaladığımız və demədiyimiz digər çoxsaylı nailiyyətləri əldə etmək ona görə lazım idi ki, ərazini işğaldan azad etmək üçün güclü iqtisadi, siyasi və sosial təməl yaradılsın. Hörmətli Prezidentimiz əbəs yerə demirdi ki, “nəyi necə və nə vaxt etməyi mən yaxşı bilirəm”. Bax, torpaqlarımızı erməni işğalından azad etməyin vaxtı 2020-ci ilin sentyabr ayında yetişdi və sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında cəmi 24 saat davam edən antiterror əməliyyatında Azərbaycan xalqını dəmir yumruq kimi öz ətrafında birləşdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkə ərazisinin 20 faizindən çoxunu 30 illik erməni işğalından azad etdi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi, habelə xalqımızın qüruru bərpa olundu. İndi bizim hər birimiz böyük fərəh və qürurla mən – qalib Azərbaycan Respublikasının vətəndaşıyam deyirik. Bu sevinci bizə yaşadan isə son 20 il ərzində Azərbaycan Respublikasına rəhbərlik edən, cənab Prezidentimiz və çox nadir hallarda dövlət başçılarına qismət olan Müzəffər Ali Baş Komandan titulu qazanan Cənab İlham Əliyev olmuşdur.

20 il ərzində Azərbaycana 300 milyard dollardan artıq sərmayə cəlb olunaraq neft və qaz sektorundan aslılıq azaldılıb və ölkə iqtisadiyyatımız genişləndirilib. Azərbaycanın ümumi daxili məhsulu bu illər ərzində dörd dəfə artıb. Hərtərəfli düşünülmüş sosial siyasət və enerji layihələrinin həyata keçirilməsi nəticəsində qazanılan sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölgüsü yoxsulluq səviyyəsini 5,5 faizə qədər endirib. Azərbaycanda enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçməsi, Cənub Qaz Dəhlizinin başa çatdırılması qaz təchizatının coğrafiyasını genişləndirməyə və bir çox ölkələrə qaz ixrac etməyə imkan yaradır. Azərbaycan qazına Avropada böyük ehtiyacın yaranması yanacaq enerjisi sahəsinə investisiyaların qoyulmasına və bu siyasətin davam etdirilərək inkişafına səbəb olur. Bununla bərabər bərpa olunan enerji mənbələrə birbaşa xarici investisiyaların qoyulması, günəş elektrik stansiyalarının açılması ilə bağlıdır.

Hazırda müstəqil Azərbaycan Respublikasının ərazilərinin 30 ildən çox davam edən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 il ərzində apardığı davamlı və uzaqgörən daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir.

Çingiz Tağıyev,
Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button