AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacarmışdır

Prezident İlham Əliyev diplomatik, sosial və iqtisadi sahələrdə Azərbaycanın qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək, ölkəni yeni inkişaf mərhələsinə yüksədib. Onun apardığı siyasət həmçinin regional və beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu artırıb. Böyük Qayıdış və postmüharibə dövründəki inkişaf layihələri, eyni zamanda, Prezident İlham Əliyevin liderlik şəxsiyyəti, xalqına və dövlətinə olan sevgisi xüsusi əhəmiyyət malikdir. Bu siyasət, təkcə Azərbaycanın deyil, bütöv Cənubi Qafqazın və regionun gələcəyini təmin edəcək böyük bir strateji zəfərdir.

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın apardığı mübarizə, yalnız hərbi qələbə ilə yox, həm də diplomatik, sosial və iqtisadi sahələrdə böyük uğurlarla nəticələnib. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı dövr, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və sabitlik yaratmaq üçün atılan mühüm addımların şahidi oldu. Bu dövr həm də Azərbaycanın Böyük Qayıdış strategiyasının başlanğıcı olub. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqına olan bağlılığı bu tarixi prosesin əsasını təşkil etmişdir. Eyni zamanda bu hadisələr cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin kuliminasiya nöqtəsi olmuşdur.

Azərbaycanda 20 il ərzində o qədər işlər görülüb ki, bunlar əslində 20 ilə sığmayan işlərdir. Əlbəttə, biz qələbədən danışırıq, amma bilirik ki, qələbə yalnız 44 gün ərzində görülmüş işlərlə əmələ gəlməyibdir. Ordunun quruculuğu, milli müdafiə sənayesinin quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, orduya ayrılan büdcə vəsaitləri, güclü, peşəkar kadrların, hərbçilərin yetişdirilməsi, vətənpərvər gənc nəsillərin tərbiyəsi, dövlət-xalq birliyinin təmin edilməsi, beynəlxalq səviyyədə Azərbaycanın haqlı davasına daha çox insanın vaqif olmasının təmin edilməsi, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda duyulması və bu istiqamətdəki onlarla digər tədbirlər nəticə etibarı ilə bizim qələbəmizə gətirib çıxarıbdır.

Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bütün bu uğurların arxasında Cənab Prezident İlham Əliyev dayanır. Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ona görə də, Azərbaycan xalqı əmindir ki, ölkədə sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, sabitlik hüquqi dövlət quruculuğu kimi önəmli faktorlar sadəcə cənab İlham Əliyevin rəhbərliyi altında kök salacaqdır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button