AnalitikaGündəmSiyasət

Azərbaycan Avropanın enerji təminatında mühüm rola malikdir

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.

Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni-yeni nəqliyyat əlaqələrini təmin etməklə regionda böyük güc mərkəzinə çevrilmişdir. Təbii ki, bütün bunların başlıca səbəbi Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun şərəfli tariximizə çevrilən 44 günlük Vətən müharibəsində əldə etdiyi əsrarəngiz Zəfər və bu səbəblə regionda yaranan reallıqlardır.

Azərbaycan Avropanın enerji təminatında mühüm rola malikdir. Makedoniya ilə enerji əlaqələrinin genişləndirilməsi bu ölkənin enerji diversifikasiyasına kömək edir. Azərbaycan qazının Avropa bazarına çatdırılması istiqamətində görülən işlər regional enerji təhlükəsizliyini gücləndirir.

Alternativ enerji sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur. Günəş və külək enerjisi kimi sahələrdə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi gündəmdədir. Bu, enerji resurslarının səmərəli istifadəsinə və ekoloji dayanıqlığa müsbət təsir göstərir.

Bu gün Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.

Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button