
Prezident İlham Əliyevin 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumundakı çıxışında dünya düzənində baş verən dəyişikliklər və qlobal çağırışların ölkələrin iqtisadi və enerji təhlükəsizliyinə təsiri müzakirə edilmişdir. Bu kontekstdə, Azərbaycanın enerji təchizatı sahəsindəki mövcud vəziyyəti və ölkənin bu sahədəki strateji addımları da xüsusi önəm daşıyır. Azərbaycan, zəngin enerji resursları və geniş infrastruktura malik olmaqla, enerji təchizatının təhlükəsizliyi sahəsində qlobal qıtlıqla üzləşməyən bir ölkə kimi çıxış edir. Azərbaycanın enerji təchizatı sahəsində qıtlıqla üzləşməməsinin əsas səbəblərindən biri, ölkənin enerji ehtiyatlarının və istehsal güclərinin yüksək olmasıdır. Xüsusilə, Azərbaycan dünyanın ən iri neft və qaz istehsal edən ölkələrindən biridir və Xəzər dənizindəki zəngin hidrokarbon resursları ölkəyə enerji ixracını təmin etməyə imkan verir. Bu, Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirir və ölkənin enerji tələblərinin yerinə yetirilməsi üçün xarici asılılığını minimuma endirir. Eyni zamanda, Azərbaycanın xarici bazarlara ixrac etdiyi enerji məhsulları, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin enerji təchizatı baxımından qıtlıqla üzləşməməsinin digər mühüm amili isə, Azərbaycanın enerji infrastrukturu sahəsində həyata keçirdiyi modernləşdirmə və diversifikasiya prosesləridir. Son illərdə, ölkə neft və qaz kəmərlərinin genişləndirilməsi, yeni qazma və hasilat sahələrinin inkişafı, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi istiqamətində mühüm addımlar atmışdır. Bu layihələr, Azərbaycanın enerji təchizatının davamlılığını təmin etməyə, eyni zamanda, enerji resurslarının səmərəli istifadəsini artırmağa yönəlmişdir. Bu istiqamətdə, “Cənub Qaz Dəhlizi” kimi strateji layihələrin reallaşdırılması, Azərbaycanın enerji müstəqilliyini daha da gücləndirmişdir.
Bundan əlavə, ölkəmiz enerji sahəsində xarici tərəfdaşlarla olan sıx əməkdaşlıq vasitəsilə enerji tədarükü və ticarətində müxtəlif alternativ yollar açmışdır. Azərbaycan Avropa İttifaqı və digər beynəlxalq qurumlarla enerji sahəsindəki əlaqələrini inkişaf etdirərək, təkcə özünün deyil, həm də regionun enerji təhlükəsizliyini təmin etməyə çalışır. Bu cür diplomatik və iqtisadi addımlar, Azərbaycanın enerji sahəsində möhkəm və dayanıqlı bir mövqe tutmasına şərait yaradır. Nəticə etibarilə, Azərbaycan enerji təchizatı baxımından heç bir qıtlıqla üzləşmir. Ölkə, zəngin enerji ehtiyatları, güclü enerji infrastrukturu və strateji beynəlxalq əməkdaşlıqlar sayəsində enerji təminatını tam şəkildə təmin edir və gələcəkdə də bu sahədə dayanıqlı inkişafını davam etdirir. Bu, həmçinin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemindəki rolunu və ölkənin strateji əhəmiyyətini artıran mühüm bir faktordur.
Qarayev Şikar,
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi,