AnalitikaGündəmSiyasət

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib

Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni müzakirə etdi. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XII Qlobal Bakı Forumunda dünya düzəninin aktual problemləri, sülh və təhlükəsizliyə təhdidlər geniş müzakirə mövzusu oldu. Dünyanı sülhə, ədalətə səsləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi illərdir uğurlu fəaliyyəti ilə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan bu dəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak etdilər. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı. Xüsusilə, “Yeni dünya üçün yeni texnologiyalar”, “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” və “Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr” panelləri bu istiqamətdə vacib mövzuları əhatə etdi. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən “Gənclər danışsın, biz dinləyək” paneli oldu

Cənab Prezidentimiz İlham Əliyev torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunaraq qeyd etdi ki, Avropanın monitorinq missiyası sərhədlərimizdə dayanırlar. Prezident tam haqlı danışırdı. Şübhəsiz ki, bu “binokl casusları”nın heç də xoş olmayan niyyəti yaxşı məlumdur. Amma unudurlar ki, regionda söz və güc sahibi Azərbaycandır. Ölkəmizin iradəsindən kənar bölgədə heç bir layihə, istənilən müdaxilələr gerçəkləşə bilməz. Ölkəmizin başçısı Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi. Bu tezislər qüdrətli dövlət rəhbəri olaraq Prezident İlham Əliyevin dünyaya “qələbə güclü yox, haqlı olmaqdadır” mesajı oldu. Bakı Forumu 30 il işğala göz yuman ikiqütblü dünyaya, gələcək üçün təhlükəyə çevrilmiş ekoloji fəlakətə “dur” çağırışı olan COP29 -a qərəzli yanaşan qüvvələrə növbəti dəfə ədalət və dürüstlük dərsi idi. Dünya sabitliyin, inkişafın və sülhün Azərbaycan modelini qəbul etmək zorundadır.

Günel Babayeva,
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button