AnalitikaGündəmSiyasət

Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur

Ölkəmizin bu gün qloballaşan dünyanın fəal üzvünə çevrilməsinin nəticəsidir ki, tez-tez ölkəmizdə müxtəlif beynəlxalq forumlar, tədbirlər keçirilir.  Bu kimi tədbirlər həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında öz sözünü deyir. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Dövlət başçısının vurğuladığı kimi, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə edilənlərlə bu gün müzakirə olunanları müqayisə etsək nəzərəçarpan dəyişiklikləri görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və Qlobal Bakı forumları iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.

Mikayıl Məmmədov,
Maştağa bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button