AnalitikaGündəmSiyasət

Təhlükəsizlikdən Hüquqa: Bakı ilə Hanoy arasında Yeni Müqavilələr

Azərbaycan və Vyetnam arasında 7 may 2025-ci ildə imzalanan yeni sənədlər – müdafiə və hüquq sahəsində əməkdaşlığa dair iki mühüm razılaşma – qarşılıqlı əlaqələrin dərinlik qazandığını nümayiş etdirir. Müdafiə Nazirlikləri arasında bağlanan Anlaşma Memorandumu, hərbi texniki əməkdaşlıq, təlim mübadiləsi və təhlükəsizlik sahəsində təcrübə paylaşımı üçün hüquqi zəmin yaradır.

Bu sənəd, iki ölkənin regional və qlobal təhlükəsizlik çağırışlarına qarşı daha koordinasiyalı və qarşılıqlı dəstəyə əsaslanan yanaşma sərgiləmək niyyətində olduğunu göstərir. Azərbaycanın müasir hərbi sistemlərdəki təcrübəsi və Vyetnamın klassik müdafiə modelləri arasında sintez yaradılması gözlənilir.

Digər tərəfdən, 2025–2027-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı hüquq və məhkəmə sahələrində təcrübə mübadiləsini, qanunvericilik islahatlarının təşviqini və institusional inkişafı nəzərdə tutur. Bu proqram çərçivəsində qarşılıqlı işgüzar səfərlər, təlimlər və qanunvericilikə dair məsləhətləşmələr təşkil olunacaq.

Bu sənədlər yalnız texniki əməkdaşlıq deyil, həm də iki ölkə arasında qarşılıqlı etimad və strateji yaxınlaşmanın bariz nümunəsidir. Müdafiə və ədliyyə kimi əsas sahələrdə imzalanan razılaşmalar, Bakı ilə Hanoyun ikitərəfli münasibətləri çoxşaxəli və davamlı inkişaf yoluna çıxardığını sübut edir.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button