
İnsan hüquqlarına hörmət, vətəndaş azadlıqlarının qorunması və hər kəsin bərabərimkanlara malik olduğu cəmiyyətin formalaşdırılması müasir dövlətlərinqarşısında dayanan ən mühüm vəzifələrdəndir. Hüquqi dövlətin gücü yalnız onuniqtisadi qüdrəti, siyasi nüfuzu və beynəlxalq mövqeyi ilə deyil, ilk növbədə, vətəndaşına verdiyi dəyərlə ölçülür. Azərbaycan Respublikasının Konstitusiyası daməhz bu ali prinsipləri özündə birləşdirərək insanı dövlət siyasətinin mərkəzinəyerləşdirir. 12 Noyabr – Konstitusiya Günü bu baxımdan hər bir vətəndaş üçünhüquqlarını, azadlıqlarını və dövlət qarşısında məsuliyyətini bir daha dərk etməkimkanı yaradan mühüm tarixdir.
1995-ci ildə qəbul edilən Konstitusiyada insan və vətəndaş hüquqlarına geniş yerayrılması müstəqil Azərbaycanın demokratik inkişaf strategiyasının əsasistiqamətlərindən birini müəyyənləşdirmişdir. Hər bir insanın doğulduğu andanmalik olduğu hüquqların tanınması, qanun qarşısında bərabərliyin təsbit edilməsi, ayrı-seçkiliyin yolverilməzliyi və şəxsiyyətin toxunulmazlığının təmin olunmasıhüquqi dövlətin təməl prinsipləridir. Bu prinsiplər cəmiyyətdə qarşılıqlı hörmət vəədalət mühitinin formalaşmasına, insanların öz hüquqlarını sərbəst şəkildə həyatakeçirməsinə şərait yaradır. Konstitusiya hər bir vətəndaşa hüquqlarının dövləttərəfindən qorunduğuna dair hüquqi təminat verir.
İnsan hüquqlarının qorunması yalnız qanunların mövcudluğu ilə məhdudlaşmır. Buistiqamətdə hüquqi institutların səmərəli fəaliyyəti, məhkəmə sisteminin inkişafı, hüquqi maarifləndirmənin genişləndirilməsi və vətəndaşların qanunlara hörmətruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Cəmiyyətdə hər bir insanınöz hüquq və vəzifələrini bilməsi hüquqi mədəniyyətin yüksəlməsinə xidmət edir. Hüquqlarından xəbərdar olan, qanunlara hörmət edən və başqalarının azadlıqlarınaehtiramla yanaşan vətəndaş güclü dövlətin formalaşmasında fəal iştirak edir. Bumənada Konstitusiya həm hüquqi təminat, həm də ictimai məsuliyyət məktəbidir.
Azərbaycan dövlətinin insan amilinə verdiyi yüksək qiymət ölkəmizin inkişafstrategiyasında aydın şəkildə özünü göstərir. Sosial müdafiənin gücləndirilməsi, təhsil və səhiyyə imkanlarının genişləndirilməsi, vətəndaşların sosial rifahınınyüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər insan hüquqlarının təminedilməsinin mühüm tərkib hissəsidir. Konstitusiyanın ruhuna uyğun olaraq hər birinsanın ləyaqətli həyat şəraitinə malik olması dövlət siyasətinin əsasprioritetlərindəndir. 12 Noyabr münasibətilə bir daha qeyd etmək lazımdır ki, insanhüquqlarına hörmət edilən, ədalətin və qanunun üstün tutulduğu cəmiyyətingələcəyi daha möhkəm və etibarlı olur.
Elvin Quliyev,
YAP Xəzər rayon təşkilatının fəalı



