AnalitikaGündəmSiyasət

Türkiyə-Azərbaycan birliyi: sözlə deyil, əməllə sübut olunan dostluq

Dost sözü…hecaya bölünmür. Bəli tarix bunu dəfələrlə sübut edib sözün əsl mənasında! Dostu olmayan yelkənsiz gəmiyə bənzər. Tarixə nəzər salsaq görərik ki, sarsılmaz dostluqlar çətin və burulğanlı yollardan keçənlərə nəsib olur. Necə ki, qardaş Türkiyə-Azərbaycan dostluğu kimi. Diplomatiya arenasında mütəmadi olaraq qardaşlığımıza xələl gətirmək üçün çox oyunlardan çıxmağa çalışdılar, hətta keçmişimizdən belə istifadə etməyi düşündülər. Ağqoyunlu-Osmanlı, Səfəvi-Osmanlı münasibətlərində soyuq münasibətlərin olmasına, hətta bəzən fanatik həddinə də diqqət çəkdilər. Bunu da görmək istəmirlər ki, müsəlman-türk birliyini sarsıtmaq uğrunda Qərb əlindən gələnin ən utanclısını edib və edir.  Ancaq mənfur və ikiüzlü diplomatiyaçılar hardan bilsinlər ki, sarsılmaz dostluqlar ən çətin yollardan keçərək ərsəyə gələr. Dostluğu tərəziyə qoyanlar bunu hardan bilsinlər ki?! Ulu öndərimizin “Bir millət, iki dövlət” adlandırdığı bu qardaşlığın fəlsəfəsini anlamaq türkün düşməninin düşüncə səviyyəsinə sözsüz ki, yaddır.

 Tükün dostu türktür..yaxın keçmişə nəzər salmaqla bunun bir daha şahidi ola bilərik: Türkiyə – Azərbaycan qar­daşlığı hələ 1915-ci ildə Çanaqqala savaşında  Türkiyəyə yardıma getmiş və öz qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşmuş həmyerlilərimizin şərəfinə indi Çanaqqalada bununla bağlı abidə də vardır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda erməni-bolşevik birləşmələrinin hücumları baş verir, xalqımıza qarşı soyqırım həyata keçirilirdi. Belə olan halda, Böyük qardaşımız 7 yerə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına baxmaya­raq, Azərbaycana yardım əlini uzatdı və Nuru paşanın başçı­lığı ilə qardaşlarımıza dəstək üçün böyük ordu göndərdi. Qafqaz İslam Ordusu Cümhuriyyətin ərazi bütövlüyünün təmin olunmasında müstəsna rol oynadı.

Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycan – Türkiyə əlaqələri iqtisadi sahədə də qardaşlığımız daha intensiv xarak­ter aldı.
 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsinin açılışı zamanı dediklərinə diqqət yetirək: “Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” – deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə, gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çünki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır”.

  Türkiyə – Azərbaycan qardaşlığı, işbirliyi dərin köklərə bağlı­dır. Lakin son aylar bu birlik həm də hərbi əməkdaşlıq sahəsində müşahidə olun­maqdadır. Xüsusilə, Tovuz istiqamətində Ermənistanın hücumundan dərhal sonra Türkiyə Azərbaycana tam dəstək verməklə, bu birliyin sarsılmaz olduğunu sübut etdi.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir deyə qeyd edib. Əlbəttə Ali baş komandanımızın bu fikri İkinci Qarabağ müharibəsi zamanı bir daha sübut olundu

Yaşasın Türkiyə Azərbaycan dostluğu!

Arzu Yaqubova
Xəzər rayonu 181 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button