AnalitikaGündəmSiyasət

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Müstəqillik rəmzlərimizdən olan üçrəngli bayrağımızaltında milyonlarla insan bir amalla, bir məsləklə birləşib.Azərbaycan bayrağı torpağımız üzərində, başımız üstündədalğalandıqca var olacağıq. Ucadan uca üçrəngli Azərbaycanbayrağı qürurumuzdur, varlığımızdır. Vətən torpağı üzərindəməğrur-məğrur, azad dalğalanan Azərbaycan bayrağına bugün Vətən torpağının hər bir yeri bürünüb. Bu bayraqbütövlüyümüzün simvoludur. Millətimizin imzasını dünyadatəsdiqləyən bu bayrağı belə qüdrətli edən, dalğalandıranAzərbaycan xalqının Böyük Lideri, Prezidenti var. Bu günAzərbaycan tarixində əzəmətli, möhtəşəm olan günləriniyaşayır. Noyabr ayı sanki ölkəmizi nura, şəfəqə, qələbə dolutarixi günlərə qərq edib. Bu ayın sevincli günlərini yaşadıqcamüstəqil dövlətin vətəndaşı olaraq haqq, ədalətin mücadiləsiüçün tökülən qanların əbəs olmadığını duyursan. Bayraqgünü, Zəfər günü. Bir-birindən fərəhləndiri günləri birazərbaycanlı olaraq yaşamaq necə də möhtəşəm bir hissdir.Dünyanın ən xoşbəxt bir insanı olduğunu duyursan. Sənəbu hissləri yaşadan dövlət başçına minnətdar olursan.Dünyanın ən gözəl bayraqlarından olan üçrəngli, ay ulduzluAzərbaycan bayrağı kimliyimizin, zəfərimizin təntənəsidir, ünvanıdır. Dünyanın bir qitəsindən başqa bir qitəsinə yolalarkən bayrağımız üvanımızı dünya xalqlarına nümayişetdirir. Azərbaycan Respublikasının Konstitusiyasında qeydolunduğu kimi, “Azərbaycan Respublikasının dövlət rəmzləri – Azərbaycan Respublikasının Dövlət Bayrağı, AzərbaycanRespublikasının Dövlət Gerbi və Azərbaycan RespublikasınınDövlət Himnidir“. Dövlətçilik rəmzləri sırasında yer alan DövlətBayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman dövlətatributlarına xüsusi diqqətlə yanaşmışdır. “Gərək hər bir evdəAzərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağınaitaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz birhissəsi olsun“, – deyən Ümummilli Lider Heydər Əliyevbildirmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildəAzərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışındansonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiqolunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağıhaqqında normativ aktlar qəbul edilmişdir

Tarixi dövrə nəzər salsaq görərik ki, Şərqdə ilk DemokratikRespublika olan Azərbaycan Xalq Cümhuriyyəti millidövlətçilik ənənələrinin formalaşması baxımından, mühüm roloynamış və müstəqil dövlətə xas olan atributlar təsisedilmişdir. 1918-ci il noyabrın 9-da isə Azərbaycan XalqCümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasındaüçrəngli Dövlət Bayrağımız qəbul edilmişdir. 1920-ci il aprelin28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi vəSovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızınyüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqıntəfəkküründə dərin iz salmışdır. Azərbaycanın üçrənglibayrağı milli şüurun oyanışı ilə yenidən xalqımızın millimüstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağabaşladı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkasıvə əzmi ilə Naxçıvanda dalğalandırıldı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi iləNaxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan XalqCümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı ilnoyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisininsədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsüvə rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MuxtarRespublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci ilfevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağınyenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsihaqqında qərar qəbul edib.

Ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günüqeyd olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurladavam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətrəmzlərinə böyük diqqət göstərir. Ən yüksək zirvələrdədalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünüvə xalqımızın milli birliyini nümayiş etdirir. AzərbaycanPrezidenti çıxışlarının birində “Bayrağımız qürurmənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” – deyə bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Ən yüksəkzirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycandövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onunbayrağımıza olan dərin məhəbbətindən və sədaqətindənqaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin vəərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsiniyerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olanAzərbaycan əsgəri o bayrağa sarılaraq, şərəfli mübarizəyəqoşulub. Vətən torpaqlarının işğaldan azad olunması uğrundaövladını qurban vermiş valideynlər şəhid cənazəsinəbükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. “Bayraqlarıbayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir“. 44 günlük Vətən müharibəsində biz bunun bir dahaşahidinə çevrildik. Bu gün işğaldan azad olunaən ərzilərimizdəüçrəngli bayrağımız məğrur-məğrur dalğalanır. Xalqın vədövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyatakeçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayansuveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrənglibayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəhhissi doğurur. Bayraq gününüz mübarək!

Natəvan Əsədova,
Riyaziyyat üzrə fəlsəfə doktoru

Oxşar Xəbərlər

Back to top button