AnalitikaGündəmSiyasət

Kəlbəcər: azad edilmiş torpaqlarda quruculuq və turizm mərkəzinin formalaşması

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, sakinlərlə görüşdülər. Səfər zamanı Vəng kəndində su elektrik stansiyalarının açılışı, şəhərdə isə “Balland – Kəlbəcər balı” mağazası fəaliyyətə başladı. Kəlbəcərdə 3 və 4-cü yaşayış komplekslərinin təməli qoyuldu və Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda aparılan işlərə baxış keçirildi.

Dövlət başçısı qeyd etdi ki, Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri icra olunur, yeni yollar çəkilir, kommunikasiyalar qurulur. Dövlətimiz Kəlbəcərdə həm sakinlərin rahatlığı, həm də turizm və müalicə mərkəzi kimi genişmiqyaslı inkişaf hədəflərini həyata keçirir.

Qısa müddət ərzində görülən quruculuq işləri, yeni yaşayış kompleksləri və infrastruktur layihələri göstərir ki, Azərbaycan azad edilmiş torpaqları cənnət məkana çevirmək üçün sistemli şəkildə çalışır. Gələcəkdə bu region həm məskunlaşma, həm də turizm baxımından strateji əhəmiyyətə malik olacaq.

Yeni Azərbaycan Partiyasının fəalı
Əliəkbər Novruzov

Oxşar Xəbərlər

Back to top button