AnalitikaGündəmSiyasət

Gələcəyimiz olan gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmasında Dövlət Bayrağımızın rolu əvəzsizdir

Hər bir uşaq məktəbəqədər yaş dövründən başlayaraq üçrəngli bayrağımızın rənglərini və mənasını öyrənərək böyüyür. Məktəblərdə keçirilən “Dövlət Bayrağı Günü” tədbirləri gənclərin şüurunda milli kimlik hissini daha da möhkəmləndirir. Uşaqlar əllərində bayraqlar tutaraq şeirlər oxuyur, vətənpərvərlik mahnıları səsləndirir və bu bayramı böyük coşğu ilə qeyd edirlər. Bu cür tədbirlər gənclərin qəlbində Vətənə, torpağa və dövlət rəmzlərinə olan sevgini əbədi olaraq həkk edir. Gənclərimiz başa düşürlər ki, bu bayraq onların babalarının, atalarının qanı və canı bahasına qorunub saxlanılmış müqəddəs əmanətdir.

Azərbaycan gəncliyi elmə, təhsilə və idmana yiyələnərək beynəlxalq yarışlarda bayrağımızı ucaltmaq üçün böyük səy göstərir. Dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalarda və beynəlxalq turnirlərdə qələbə qazanan idmançılarımız bayrağımızı kürsününn ən yüksək pilləsinə qaldırırlar. Həmin anlarda səslənən Azərbaycan himni və dalğalanan bayraq bütün ölkəni sevincə qərq edir. Bu uğurlar gənc nəslin nə qədər istedadlı və vətənpərvər olduğunu bütün dünyaya nümayiş etdirir.

Vətənpərvərlik təkcə sözlə deyil, həm də əməli işlərlə, Vətənə sədaqətlə xidmət etməklə sübut olunur. Məktəblərdə hər həftənin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və bayrağın ucaldılması mərasimi şagirdlərdə intizam və məsuliyyət yaradır. Bu tərbiyə sistemi gənclərin gələcəkdə peşəkar mütəxəssis, ləyaqətli vətəndaş kimi yetişməsinə zəmanət verir. Tariximizi, milli qəhrəmanlarımızı və bayrağımızın yaranma yolunu öyrənmək hər bir gəncin mənəvi borcudur. İnternet və sosial şəbəkə dövründə gənclərimizin milli dəyərlərə sahib çıxması və onları qoruması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi öz tarixi köklərinə sadiq qalaraq müasir dünyanın çağırışlarına cavab verən biliklərə yiyələnir. Dövlət səviyyəsində gənclər siyasətinə göstərilən diqqət onların öz potensialını tam reallaşdırmasına şərait yaradır. Gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələr vətənpərvərlik təbliğatında mühüm rol oynayır. Noyabrın 9-u – Dövlət Bayrağı Günü ərəfəsində gənclər müxtəlif flaşmoblar, yürüşlər və intellektual yarışlar təşkil edirlər. Bu fəallıq gənclərin dövlət rəmzlərinə olan sevgisinin açıq və səmimi etirafıdır. Hər bir gənc dərk edir ki, sabahın Azərbaycanı məhz onların əllərində inkişaf edəcək və güclənəcəkdir. Buna görə də onlar həm dərslərində, həm də ictimai fəaliyyətlərində hər zaman öndə olmağa çalışırlar.

Üçrəngli bayrağımız gənclərimiz üçün həm bir hədəf, həm də ilham mənbəyi kimi xidmət edir. Onlar bu bayrağın kölgəsində birləşərək ölkəmizin gələcəyini daha da parlaq etmək üçün əzmək işləyirlər. Məktəblərdə şagirdlərə izah olunur ki, bayrağa hörmət etmək həm də dövlətə və cəmiyyətə hörmət deməkdir. Gənclərimizin qəlbindəki bu milli qürur hissi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunun zəmanətidir. Hər il bu bayramda gənclərin göstərdiyi coşğu xalqımızın gələcəyə inamını daha da artırır. Azərbaycanın üçrəngli bayrağı gənc nəslin əlində hər zaman uca tutulacaq və nəsildən-nəslə ötürüləcəkdir. Bu müqəddəs amallarla böyüyən gənclərimiz ölkəmizin şöhrətini bütün dünyada layiqincə qoruyacaqlar. Bayrağımızın parlaq rəngləri altında yaşayan gənclərimiz hər zaman sülh, tərəqqi və ədalət uğrunda mübarizə aparacaqlar. Yaşasın Azərbaycan gəncliyi və bizim əbədi dalğalanan üçrəngli bayrağımız!

Səbirə Həsənova,
Nizami rayonu 10 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button