AnalitikaGündəmSiyasət

Avaza Zirvəsi: Azərbaycan və Türkmənistan arasında yeni əməkdaşlıq dövrü

Prezident İlham Əliyevin Avaza şəhərinə səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini bir daha ortaya qoydu. Görüş zamanı liderlər iqtisadi və mədəni əməkdaşlıq imkanlarını genişləndirmək, regionda sabitliyi gücləndirmək barədə müzakirələr apardılar. Avaza Zirvəsi qarşılıqlı etimadın möhkəmlənməsi və gələcək layihələrin planlaşdırılması baxımından tarixi hadisə oldu. İki dövlət arasında investisiya sahəsində yeni imkanlar, enerji və nəqliyyat sektorunda əməkdaşlıq perspektivləri müzakirə edildi. Səfər həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafına təkan verdi. Zirvə görüşündə imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması xüsusi yer tutdu. Bu layihə xalqlar arasında dostluğun və mədəni əlaqələrin güclənməsinə xidmət edir. Səfər həmçinin regional əməkdaşlıq üçün yeni platformaların yaradılmasını təmin etdi.

Ülviyyə Mirzəliyeva
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button