
2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan işğal altında olan bir çox rayonları, yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi. Qarabağ regionunda sülh və stabilliyin bərqərar olması və üçtərəfli bəyanatın müddəalarının icrası əsas məsələlərdən biri olaraq qaldı. Müharibədən sonra sərhəddə və Qarabağda müxtəlif təxribatlar, atəş açma halları, minalanma və qanunsuz silahlı birləşmələrin fəaliyyəti davam etdi. Bu durum Azərbaycan rəhbərliyi tərəfindən davamlı olaraq narahatlıq mənbəyi oldu. Sentyabrın 19-u günü, Azərbaycan tərəfi bildirir ki, erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı terror hücumları, kəşfiyyat-diversiya qruplarının fəaliyyəti, avtomobil yolunda əvvəlcədən yerləşdirilmiş minalar, Azərbaycan Ordusunun mövqelərinə atəş açılması kimi hərəkətlər həyata keçirib. Məsələn, Əhmədbəyli,Füzuli,Şuşa avtomobil yolundakı mina partlayışı nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi qulluqçuları həlak və yaralanıb. Azərbaycan Ordusunun və digər dövlət orqanlarının bölgədə kəşfiyyat,monitorinq, hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, zirehli texnika və artilleriyanın mövqelərinin gücləndirilməsi kimi hazırlıq işləri aparılmışdı. Əməliyyat lokal xarakter daşıyaraq, təxminən 23 saat 43 dəqiqə müddətində həyata keçirilmişdir. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək düşmənin mövqelərini sürətlə sıradan çıxarmış, atəş nöqtələrini, düşmənin mühəndissığınacaq və istehkamlarını məhv etdi. Ərazinin relyefi və maneələri olmasına baxmayaraq, tədbir effektiv aparıldı. Əməliyyat başlamazdan əvvəl mülki əhalinin təhlükəsizliyi üçün tədbirlər görülüb: yerlərdəki insanlara xəbərdarlıq edilib, evakuasiya və tibbiyardım üçün hazırlıqlar edilib, informasiya vərəqələri və SMS bildirişləri kimi vasitələrlə xəbərdarlıq aparılıb.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi