AnalitikaGündəmSiyasət

Xankəndidə Yeni İnkişaf Səhifəsi

2025-ci il fevralın 19-da Xankəndi şəhərində bir sıra mühüm tədbirlər keçirildi. Ən önəmli hadisələrdən biri “Bulud” hotelinin açılışı oldu. Müasir memarlıq üslubunda inşa edilmiş bu hotel şəhərin turizm potensialını artırmaqla yanaşı, Qarabağın iqtisadi inkişafına da təkan verəcək. Burada yaradılan şərait yerli və xarici qonaqların rahatlığını təmin etməyə yönəlib.

Həmin gün şəhərdə Zəfər parkının təməlqoyma mərasimi də baş tutdu. Bu park yalnız istirahət məkanı deyil, həm də xalqımızın qəhrəmanlıq tarixini əks etdirəcək mühüm bir simvol olacaq. Parkın salınması gələcəkdə həm sakinlər, həm də ziyarətçilər üçün Xankəndinin ən mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək.

Digər əlamətdar hadisə isə Azərbaycan-Özbəkistan əməkdaşlığının bariz nümunəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq idi. Müəssisə həm yeni iş yerlərinin yaradılmasına, həm də iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Burada istehsal ediləcək məhsullar həm daxili bazara, həm də ixraca yönəldiləcək.

Beləliklə, 19 fevral 2025-ci il Xankəndinin inkişaf tarixinə mühüm bir gün kimi düşdü. Hotelin açılışı, parkın təməli və fabrikin fəaliyyəti Qarabağın sosial, iqtisadi və mədəni həyatında dirçəlişin real göstəricisinə çevrildi.

YAP Xəzər rayon təşkilatının fəalı
Sünbül Həsənquliyeva

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button