
Müasir dövrdə idman hər bir ölkənin yalnız fizikiinkişaf göstəricisi deyil, həm də onun beynəlxalqnüfuzunu, milli birliyini və gələcəyə baxışını əksetdirən mühüm amillərdən biridir. Xüsusilə də qlobalrəqabətin gücləndiyi bir zamanda idman arenalarındaqazanılan uğurlar dövlətlərin “yumşaq güc” elementinəçevrilərək onların dünyada tanınmasına vəmövqelərinin möhkəmlənməsinə xidmət edir. Bubaxımdan Azərbaycan son illərdə idman sahəsində əldəetdiyi nailiyyətlərlə diqqət mərkəzinə çevrilmiş, birçox mötəbər beynəlxalq yarışlarda yüksək nəticələrgöstərərək özünü güclü idman ölkəsi kimitəsdiqləmişdir.
Azərbaycan idmanının inkişafı təsadüfi proses deyil. Bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti, müasir idman infrastrukturunun qurulması, gənclərinidmana cəlb olunması və peşəkar kadrlarınyetişdirilməsi ölkədə sağlam idman mühitininformalaşmasına zəmin yaradıb. Bu inkişafınmərkəzində isə dövlətin idmana göstərdiyi diqqət vəqayğı dayanır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan idmançıları Olimpiya Oyunları, dünya vəAvropa çempionatlarında müntəzəm olaraq yüksəknəticələr əldə edir, ölkənin bayrağını beynəlxalqarenalarda dalğalandırırlar. Bu kontekstdə aprelin 30-da Prezident İlham Əliyev tərəfindən Avropaçempionatında komanda hesabında çempion olmuşgüləşçilərin qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu görüş təkcə idmançıların uğurunun qeyd olunmasıdeyil, həm də Azərbaycan idmanının inkişafstrategiyasının uğurlu nəticələrinin nümayişidir. Prezidentin idmançılarla müntəzəm görüşləri, onlarınnailiyyətlərinə verilən yüksək qiymət və gələcəkhədəflərlə bağlı səsləndirilən fikirlər ölkədə idmanındavamlı inkişafına verilən önəmin bariz göstəricisidir.Belə bir fonda Azərbaycan güləşçilərinin Avropaçempionatında komanda hesabında çempion olmasıölkənin idman tarixində növbəti mühüm səhifə kimidəyərləndirilə bilər. Bu uğur həm zəngin idmanənənələrinin davam etdiyini, həm də yeni nəslin buənənələri uğurla yaşatdığını göstərir. Eyni zamanda, buqələbə Azərbaycan cəmiyyətində idmana marağın dahada artmasına, gənclərin bu sahəyə yönəlməsinə və milli qürur hissinin güclənməsinə mühüm töhfə verir.
Son illərdə Azərbaycan beynəlxalq idman arenasındaöz mövqeyini xeyli möhkəmləndirib. OlimpiyaOyunları, dünya və Avropa çempionatlarında qazanılanmedallar, əldə olunan titullar ölkənin idman sahəsindəstrateji inkişaf modelinin uğurlu nəticələrini göstərir. Prezident İlham Əliyevin Avropa çempionatındakomanda hesabında çempion olmuş güləşçilərləgörüşdə vurğuladığı kimi, bu uğurlar təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsidir. İdmançılar beynəlxalq yarışlarda ölkəni ləyaqətlətəmsil edir, Azərbaycan bayrağını yüksəklərəqaldırırlar. Bu isə həm ölkə daxilində milli qürurhissini gücləndirir, həm də Azərbaycanın beynəlxalqimicinə müsbət təsir göstərir.
Prezident çıxışında idmanın təbiətinə xas olan vacibməqama da toxundu: uğurla yanaşı məğlubiyyətlər dəqaçılmazdır. Bu yanaşma idmana realist baxışıngöstəricisidir. Əsas məsələ nəticədən asılı olmayaraqidmançıların mübarizə ruhunun, qələbə əzmininyüksək olmasıdır. Məhz bu keyfiyyətlər Azərbaycanidmançılarını fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Güləş Azərbaycanda ənənəvi və ən uğurlu idmannövlərindən biridir. Avropa çempionatında komandahesabında əldə olunan çempionluq bu ənənənin davametdiyini göstərir. Güləşçilərin uğurları təkcə fərdinailiyyət deyil, həm də federasiya səviyyəsində düzgünqurulmuş işin nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Güləş Federasiyası və digər idmanqurumları gələcəkdə də fəaliyyətlərini elə təşkiletməlidirlər ki, bu uğurlar davamlı xarakter alsın.
Hazırda idman sahəsində əldə olunan uğurlar və təşkil edilən mötəbər yarışlar hər bir ölkənin inkişaf səviyyəsini və beynəlxalq nüfuzunu əks etdirən əsas göstəricilərdən biri kimi çıxış edir. Azərbaycan da bu baxımdan son illərdə həm idman nailiyyətləri, həm də qlobal miqyaslı yarışlara ev sahibliyi ilə seçilən ölkələr sırasındadır. Bu uğurların arxasında isə məqsədyönlü dövlət siyasəti və idmana göstərilən yüksək diqqət dayanır. Prezident öz çıxışında bildirib ki, Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirləri müxtəlif idman növlərinin populyarlaşmasına mühüm töhfə verir. Bu yanaşma təsadüfi deyil, çünki böyük yarışlar yalnız peşəkar idmançıları deyil, eyni zamanda gəncləri və geniş ictimaiyyəti də idmana cəlb edir. Azərbaycanda keçirilən beynəlxalq yarışlar və əldə olunan yüksək nailiyyətlər bir-birini tamamlayan amillərdir. Güclü təşkilatçılıq imkanları ilə yüksək idman nəticələrinin vəhdəti ölkəni regionun idman mərkəzlərindən birinə çevirib. Avropa çempionatında qazanılan tarixi qələbə isə bu uğurlu inkişafın məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın idman sahəsində qarşıdakı illərdə də böyük nailiyyətlər əldə edəcəyinə inamı daha da gücləndirir.
Azərbaycan idmanının qarşısında duran əsas məqsəd əldə olunan nailiyyətləri qorumaq və daha da inkişaf etdirməkdir. Gənc nəslin yetişdirilməsi, peşəkar məşqçi bazasının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi bu istiqamətdə mühüm rol oynayacaq. Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri də bu sahəyə verilən önəmin göstəricisidir. Bu görüşlər idmançılar üçün əlavə motivasiya mənbəyi olmaqla yanaşı, dövlətin daim onların yanında olduğunu nümayiş etdirir. Bütün bu amillər nəzərə alındıqda, Prezident İlham Əliyevin güləşçilərlə görüşü və səsləndirdiyi fikirlər təkcə cari uğurun qiymətləndirilməsi deyil, həm də Azərbaycan idmanının keçdiyi yolun, qazandığı təcrübənin və gələcək perspektivlərinin geniş mənzərəsini ortaya qoyur.
Avropa çempionatında qazanılan komanda çempionluğu və bunun dövlət səviyyəsində yüksək qiymətləndirilməsi bir daha sübut edir ki, Azərbaycan idmanı düzgün yoldadır. Bu uğurlar ölkənin ümumi inkişafının ayrılmaz hissəsidir və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına əsas verir. Azərbaycan xalqı artıq qalib xalq kimi yalnız siyasi və iqtisadi sahələrdə deyil, idman arenasında da öz gücünü nümayiş etdirir və bu qürur hissi hər bir vətəndaş üçün xüsusi əhəmiyyət daşıyır.
Səadət Məhərrəmova,
Bakı Dövlət Universitetinin Fizika fakükəsinin Astrofizika kafedrasının tədris laboratoriyasının müdiri



