
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə yeni təyinat baş tutub.
Aktualinfo Media Qrup Manset.az-a istinadən xəbər verir ki xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Nazim oğlu Paşayev təyinat alıb.
C.Paşayev müxtəlif illərdə ayrı-ayrı tibb müəssiələrində, o cümlədən 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.
Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.
C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.



