
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşaya səfəri Azərbaycan diplomatiyasının və ölkələrimiz arasında olan yüksəksəviyyəli əlaqələrin növbəti zəfəridir. Qarabağın tacı olan Şuşa bu gün beynəlxalq əhəmiyyətli siyasi və iqtisadi razılaşmaların imzalandığı önəmli bir mərkəzə çevrilib.
Pelleqrini çıxışında səmimi bir məqama toxunaraq xatırlatdı ki, istər parlament sədri, istərsə də Baş nazir kimi Azərbaycana etdiyi əvvəlki səfərlər onun siyasi karyerasında həmişə yüksəlişlə nəticələnib. Bu zarafatyana, lakin səmimi etiraf Azərbaycanın öz tərəfdaşlarına gətirdiyi uğurun və verdiyi xeyir-duanın rəmzidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sübut edir ki, qarşılıqlı hörmət və əməli fəaliyyətə əsaslanan münasibətlər hər zaman bəhrə verir. Şuşa bəyanatı bu diplomatik uğurun və dostluğun qürurverici tablosudur.
Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı



