
Dövlət dilinin inkişaf etdirilməsi və yad təsirlərdən qorunması məqsədilə Azərbaycanda güclü institusional mexanizmlər mövcuddur. Hələ 2001-ci il 18 iyun tarixli Fərmanla yaradılmış Dövlət Dil Komissiyası bu prosesin əsas bünövrəsini qoymuşdur. Məhz həmin fərmanda qeyd olunurdu ki, Azərbaycan dili dərin fikirləri olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir.
Sonrakı illərdə də dövlət səviyyəsində dil nəzarəti mütəmadi davam etdirilmişdir. Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli Fərmanından irəli gələrək yaradılan Monitorinq Mərkəzi 2024-cü ilin noyabrınadək fəaliyyət göstərərək dil normalarının qorunmasına xidmət etmişdir.
Bu işlərin davamı kimi, dövlət başçısının 2025-ci il 31 iyul tarixli Fərmanı ilə Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarət etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmişdir. Bütün bu addımlar dövlətin dil siyasətinin sarsılmazlığını və davamlılığını sübut edir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



