
İki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı ticarət dövriyyəsinin həcminin durmadan artmasına şərait yaradır. Əvvəllər uzaq görünən bir milyardlıq ticarət dövriyyəsi hədəfi bu gün reallığa çevrilmişdir və yaxın illərdə bu nəticəyə nail olunacağı qətiyyətlə gözlənilir. Bu göstərici iqtisadiyyatlarımızın tələb və ehtiyaclarına cavab verən qarşılıqlı fəaliyyətin bariz nümunəsidir.
Prezidentlərin apardığı müzakirələr zamanı qeyd olunduğu kimi, güclü iqtisadi təməl və mövcud potensial olmadan heç bir irimiqyaslı layihəni həyata keçirmək mümkün olmazdı. Şavkat Mirziyoyevin hakimiyyətə gəlişinə qədər ölkələr arasında birgə layihələrin mövcud olmadığı nəzərə alınarsa, qısa müddətdə əldə edilən nailiyyətlərin miqyası daha aydın görünür. Bu gün reallaşdırılan birgə investisiya layihələri iqtisadiyyatlarımızı daha da gücləndirir.
İki ölkənin paralel kursla inkişaf etməsi regional və beynəlxalq miqyasda mühüm sinerji effekti yaradır. Hər iki dövlətin hökumətləri tərəfindən həyata keçirilən tədbirlər ticarət əlaqələrinin şaxələndirilməsinə və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Sahibkarlar üçün yaradılan əlverişli şərait qarşılıqlı mal dövriyyəsinin artmasında mühüm rol oynayır.
Əldə olunan iqtisadi uğurlar təkcə rəqəmlərlə məhdudlaşmır, həm də xalqlarımızın rifahına birbaşa təsir göstərir. Qarşılıqlı investisiyaların qoyulması, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşməsi gələcək illər üçün daha böyük hədəflər müəyyənləşdirməyə imkan verir. Azərbaycan və Özbəkistan ticarət-iqtisadi əlaqələri qardaşlıq münasibətlərinin sarsılmaz təməlinə əsaslanır.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini



