AnalitikaDünyaGündəmSiyasət

Çoxşaxəli Azərbaycan-Özbəkistan İqtisadi Əməkdaşlıq Sahələri

Azərbaycan ilə Özbəkistan arasında iqtisadiyyatın demək olar ki, bütün sahələrində əməkdaşlıq uğurla və intensiv şəkildə davam etdirilir. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sektoru bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Reallaşdırılan hər bir layihə ikitərəfli münasibətlərin bənzərsiz xarakterini daha da zənginləşdirir.

Rəsmi tədbirlər çərçivəsində yeni layihələrin təməlinin qoyulması və ya icrasına başlanılması əməkdaşlığımızın nə qədər genişmiqyaslı olduğunu nümayiş etdirir. Bankçılıq sektorunda da əlaqələr fəal şəkildə inkişaf edir, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması işgüzar dairələr üçün yeni imkanlar açır. Eyni zamanda, SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması enerji sahəsindəki tərəfdaşlığın yeni mərhələsidir.

Neft və qaz kəşfiyyatı sahəsində həyata keçirilən layihələr artıq yekun mərhələyə qədəm qoymuşdur. Gələn ildən etibarən istismar quyularının qazılmasına başlanılması nəzərdə tutulur ki, bu da kəşfiyyat işlərinin uğurlu nəticə verəcəyinə böyük ümidlər yaradır. Bu layihələr iki ölkənin energetika təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır.

İqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən bu tərəfdaşlıq hər iki ölkənin hökumətlərinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Səylərin birləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində qazanılan uğurlar gələcək illərdə daha böyük layihələrin reallaşdırılmasına zəmin yaradır. Azərbaycan-Özbəkistan iqtisadi modeli digər dövlətlər üçün də uğurlu əməkdaşlıq nümunəsidir.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button