
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində mühüm hadisə oldu.
Yeni mərhələdə əsas diqqət dövlət idarəçiliyinin gücləndirilməsinə, qanunun aliliyinin təmin olunmasına və müstəqil dövlət institutlarının formalaşdırılmasına yönəldildi.
Həmin illərdə Azərbaycanın iqtisadi potensialının inkişaf etdirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi. Xarici investisiyaların cəlb edilməsi, enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi və iqtisadi islahatların aparılması gələcək inkişaf üçün əsas yaratdı.
3 Oktyabr tarixi Azərbaycanın dövlətçilik tarixində bu proseslərin başlanğıc mərhələlərindən biri kimi mühüm əhəmiyyət daşıyır.
Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri



