AnalitikaGündəmSiyasət

Cəbrayılın kənd təsərrüfatı potensialı və yeni iqtisadi imkanlar

Cəbrayılın iqtisadi tarixində kənd təsərrüfatı mühüm yer tutub. Rəsmi məlumatlarda rayonun əvvəlki iqtisadi fəaliyyətində üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıqla yanaşı, quşçuluq, baramaçılıq və digər sahələrin də inkişaf etdiyi qeyd olunur.

İşğaldan sonrakı mərhələdə bu potensialın yeni texnologiyalar əsasında yenidən qurulması imkanları meydana çıxıb. Müasir kənd təsərrüfatı əvvəlki təsərrüfat modelindən fərqli olaraq rəqəmsal idarəetmə, suya qənaət edən texnologiyalar, məhsuldarlığın monitorinqi və emal sənayesi ilə inteqrasiyanı tələb edir.

Cəbrayılın kənd təsərrüfatı potensialının sənaye parkı ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıya bilər. Kənd təsərrüfatı məhsullarının yalnız istehsalı deyil, qablaşdırılması, emalı və saxlanılması əlavə dəyərin rayon daxilində yaradılmasına imkan verir. “Araz Vadisi” Sənaye Parkının prioritet istiqamətləri arasında kənd təsərrüfatı məhsullarının qablaşdırılması və müxtəlif qida məhsullarının istehsalı və emalı da nəzərdə tutulub.

Bu model kənd və şəhər iqtisadiyyatının qarşılıqlı əlaqəsini gücləndirə bilər. Kənd təsərrüfatı istehsalı xammal bazası, sənaye müəssisələri isə emal və satış zəncirinin əsas halqası rolunu oynayır. Beləliklə, rayon daxilində daha geniş iqtisadi dövriyyə formalaşır.

Cəbrayılın kənd təsərrüfatının dirçəldilməsi həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Doğma kəndlərinə qayıdan sakinlər üçün kənd təsərrüfatı məşğulluq və gəlir mənbələrindən biri ola bilər. Bununla da Böyük Qayıdış prosesi iqtisadi fəallıqla daha sıx şəkildə əlaqələnir.

Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button