
Cəbrayıl yalnız müasir siyasi və hərbi tarix baxımından deyil, zəngin maddi və mədəni irsi ilə də seçilən rayonlardan biridir. Rəsmi məlumatlarda rayon ərazisində Xudafərin körpüləri, Qız qalası, Başıkəsik Gümbəz, Çələbilər kəndində məscid kompleksi, Xubyarlı kəndində türbələr və digər tarixi abidələrin yerləşdiyi qeyd olunur.
Bu abidələr Cəbrayılın tarixinin müxtəlif dövrlərini əks etdirir. Ona görə də bərpa prosesinin mühüm istiqamətlərindən biri həmin irsin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.
Cəbrayıl şəhər məscidinin təməlinin qoyulması da rayonun dini və mədəni həyatının yenidən formalaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biridir. Rəsmi Böyük Qayıdış məlumatlarında şəhər məscidinin tikintisinin başlanması ayrıca qeyd olunur.
Mədəni irsin bərpası həm də şəhər kimliyinin yenidən qurulmasına xidmət edir. Yeni binalar və yollar müasir Cəbrayılın fiziki simasını formalaşdırdığı halda, tarixi abidələr şəhərin keçmişlə əlaqəsini qoruyur.
Bu baxımdan Cəbrayılın bərpasında müasir şəhərsalma ilə tarixi irsin qorunması arasında balans mühüm məsələdir. Tarixi yaddaşın mühafizəsi şəhərin yeni inkişaf mərhələsinin keçmişdən qopmadan formalaşmasına imkan verir.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



