AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı mühüm mesajlarla yadda qaldı

2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş nitq söyləyib.

Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, əldə olunan Zəfərlər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xüsusi vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, bu qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi şəraitdə keçirilir.

Çıxışda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolu və Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı diqqətə çatdırılıb. Dövlət başçısı müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensialı Azərbaycanın inkişafının əsas istiqamətləri kimi qeyd edib.

Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən hərbi gücün daha da artırılmasının, milli birliyin qorunmasının və dövlət maraqlarının etibarlı şəkildə müdafiəsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, yeni yanaşmaların tətbiq edilməsinin zəruriliyini bildirib.

VIII Qurultayda səsləndirilən fikirlər Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının əsas dayaqlarıdır.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button