
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq ənənələri, qarşılıqlı hörmət və etimada əsaslanaraq inkişaf edir. İki ölkə arasında mövcud əlaqələr tarixikökləri ilə yanaşı, müasir dövrün siyasi, iqtisadi və humanitar əməkdaşlıq imkanları baxımındanda xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyimüsahibə dövlətlərarası münasibətlərin inkişaf dinamikasını, əldə olunan nailiyyətləri və gələcəkəməkdaşlığın perspektivlərini geniş şəkildə əks etdirir.
Azərbaycan–Vyetnam dostluğunun əsası hələ ötən əsrin ortalarında qoyulub. 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız arasındamünasibətlərin tarixində mühüm hadisə olub. Bu əlaqələrin inkişafında Ümummilli LiderHeydər Əliyevin də xüsusi xidmətləri vardır. 1983-cü ildə onun rəhbərliyi ilə sovet nümayəndəheyətinin Vyetnama səfəri zamanı əldə olunan razılaşmalar ölkənin iqtisadi inkişafına töhfəverməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib.
Müstəqillik dövründə Azərbaycan və Vyetnam arasında münasibətlər yeni məzmun qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və aparılan danışıqlar siyasidialoqun daha da möhkəmlənməsinə şərait yaradıb. 2025-ci ildə Vyetnam Kommunist PartiyasıMərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıqhaqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcınımüəyyən edib.
Bu sənəd iki ölkənin əməkdaşlığı daha geniş sahələrə yönəltmək, qarşılıqlı maraqlarıuzlaşdırmaq və tərəfdaşlığın praktiki nəticələrini artırmaq niyyətini ifadə edir. Siyasi əlaqələrləyanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və hakim partiyalararasında əməkdaşlıq da ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-biri ilə qarşılıqlı əlaqəsaxlayır. BMT, Qoşulmama Hərəkatı, AQEM və digər platformalarda əməkdaşlıqdövlətlərimizin beynəlxalq məsələlərə dair dialoqunun davamlılığını nümayiş etdirir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Vyetnammünasibətləri möhkəm tarixi təməl üzərində qurulmaqla yanaşı, gələcəyə istiqamətlənmiş stratejibaxışla inkişaf edir. Qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyatakeçirilməsi və siyasi əlaqələrin daha da dərinləşdirilməsi iki xalqın dostluğunun davamlılığınıtəmin edən əsas amillərdəndir.
Araz Məmmədov,
YAP Xətai rayon təşkilatı fəalı



