GündəmSiyasət

YAP-ın yeni dövr üçün fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1A” ünvanında yerləşən ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Möhtərəm Prezident, YAP sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələr, partiyanın yeni fəaliyyət istiqamətləri, vətəndaş məmnuniyyətinin təmin olunması və əhali ilə əlaqələrin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Tədbir iştirakçıları mövzular ətrafında fikir mübadiləsi aparıb, qarşıya qoyulan hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının rolunu vurğulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button