
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 68” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi strateji hədəflər partiya üzvlərinin qarşısında yeni vəzifələr müəyyənləşdirir və hər kəsin fəal iştirakını tələb edir.
3 saylı Rabitə Xidmətləri Mərkəzinin rəisi Əmirsultan Sultanov və digər çıxış edənlər ölkəmizin əldə etdiyi nailiyyətlərdən, dövlət siyasətinin uğurla həyata keçirilməsindən və yeni dövrdə partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışıblar. Qeyd olunub ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün ictimai fəallığın artırılması və partiya üzvlərinin birgə fəaliyyətinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.









