AnalitikaGündəmSiyasət

İqtisadi əməkdaşlıq üçün yeni imkanlar

Ölkələr arasında siyasi münasibətlərin möhkəmliyiiqtisadi əməkdaşlığın inkişafı üçün etibarlı zəminyaradır. Prezident İlham Əliyevin Kambocanın Başnaziri Hun Manetin Azərbaycana səfəri zamanımətbuata verdiyi bəyanatda iqtisadi və ticarətəlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqətyetirilməsi bu baxımdan əlamətdardır. Dövlət başçısıiki ölkə arasında mövcud ticarət dövriyyəsinin hələməhdud olduğunu qeyd edərək, qarşılıqlı səylərnəticəsində bu göstəricinin artırılacağına ümidvarolduğunu bildirib.

Bəyanatda sənaye sahəsində birgə istehsalmüəssisələrinin yaradılması, sahibkarlar arasındaəlaqələrin gücləndirilməsi, turizm imkanlarındansəmərəli istifadə olunması kimi məsələlər mühüməməkdaşlıq istiqamətləri kimi diqqətə çatdırılıb. Butəşəbbüslər iqtisadi münasibətlərin yeni məzmunqazanmasına, biznes dairələrinin bir-birinin bazarlarınıdaha yaxından tanımasına və investisiya imkanlarınınaraşdırılmasına şərait yarada bilər. Qarşılıqlı iqtisadimaraqların uzlaşdırılması hər iki ölkənin sahibkarlarıüçün yeni perspektivlər açmaq potensialına malikdir.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərAzərbaycanın beynəlxalq iqtisadi əlaqələrdətəşəbbüskar mövqeyini və əməkdaşlığı əməlinəticələrlə zənginləşdirmək niyyətini əks etdirir. Coğrafi məsafələr müasir dünyanın inkişaf edənkommunikasiya imkanları şəraitində qarşılıqlıəlaqələrin qarşısında keçilməz maneə deyil. Azərbaycan və Kamboca arasında iqtisadi dialoqungenişləndirilməsi, yeni layihələrin müzakirəsi vəbiznes əlaqələrinin inkişafı gələcək tərəfdaşlığınmöhkəm təməlinin formalaşmasına xidmət edə bilər.

Aygün Cəfərova ,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button