AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfərin Təməlində Dayanan Sarsılmaz Birlik

Hər hansı bir xalqın qələbə qazanması üçün onun daxili bütövlüyü və həmrəyliyi həlledici rol oynayır. Azərbaycan xalqı ən kritik məqamda tək yumruq kimi birləşərək bütün dünyaya öz gücünü və iradəsini nümayiş etdirdi. Bu birlik təkcə siyasi deyil, həm də mənəvi və psixoloji bütövlüyün təntənəsi idi.

Cəmiyyətin hər bir təbəqəsi ortaq məqsəd – ədalətin bərpası ətrafında sıx birləşmişdi. Fərqli baxışlar, fərqli fikirlər bir amala – Vətənin azadlığına tabe olundu. Bu həmrəylik düşmənin bütün təxribatlarını və psixoloji təzyiqlərini darmadağın etdi.

Xalqla dövlətin birgə addımlaması, liderin ətrafında yaranan polad kimi möhkəm iradə qələbəni qaçılmaz etdi. Hər bir vətəndaş özünü bu böyük mübarizənin ayrılmaz bir parçası hesab edirdi. Bu birlik hissi cəmiyyətimizdəki inamı və etmanı daha da möhkəmləndirdi.

Zəfər Günü həm də məhz bu sarsılmaz birliyin bayramıdır. Anlayırıq ki, bizi güclü edən və hər zaman uca tutan məhz birliyimizdir. Bu birlik qorunduqca Azərbaycan hər zaman qalib olacaq və gələcəyə inamla irəliləyəcəkdir.

Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button