AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Gələcəyə İnamla Baxan Qalib Nəsil

Zəfər Günü gənc nəslin yetişməsində, onların vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayır. Qalib ölkənin övladları kimi böyüyən gənclərimiz öz tarixləri ilə qürur duyur və gələcəyə daha böyük inamla baxırlar. Onların baxışlarındakı qətiyyət sabahımızın etibarlı əllərdə olduğunu göstərir.

Bu nəsil keçmişin çətinliklərini dərk edərək, qazanılan qələbənin dəyərini çox yaxşı bilir. Onlar elmə, təhsilə və inkişafa üstünlük verərək Azərbaycanı daha uca zirvələrə aparmaq əzmindədirlər. Zəfər ruhu onların həyat fəlsəfəsinə çevrilmişdir.

Gənclərimizin bu ruhda tərbiyə olunması ölkəmizin gələcək uğurlarının əsas təminatıdır. Onlar üçrəngli bayrağımızı hər zaman uca tutacaq və bu zəfəri əbədiləşdirəcəklər. Qalib nəsil bizim ən böyük sərvətimizdir.

Zəfər Günü gələcəyə inamla baxan həmin gəncliyin bayramıdır. Bu inam heç vaxt sönməyəcəkdir.

Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button