AnalitikaGündəmSiyasət

8 noyabr – zəfər günü: şanlı tariximiz

8 Noyabr -Zəfər Günü Azərbaycan xalqının tarixində ən
şərəfli və unudulmaz günlərdən biridir.Bu gün xalqımızın milli
birliyinin,sarsılmaz iradəsinin ,qəhrəmanlığının və Vətən
sevgisinin təntənəsidir.Zəfərimiz uzun illər davam edən
mübarizənin ,məqsədyönlü dövlət siyasətinin və Azərbaycan
Ordusunun misilsiz şücaətinin nəticəsidir.
Azərbaycan torpaqları uzun illər Ermənistanın işğalı altında
qalmış ,bir milyondan artıq soydaşımız doğma yurdlarından
didərgin düşmüşdü.Şəhər və kəndlərimiz dağıdılmış,tarixi və
mədəni abidələrimiz vandalizmə məruz qalmışdı.Beynəlxalq
təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq,münaqişənin
həlli istiqamətində uzun müddət real nəticə əldə olunmamışdı.
Prezident İlham Əliyev işğal dövrundə dəfələrlə vurğulayIrdı
ki,hər birimiz azadlıq gününü ,bu müqəddəs günü öz işimizlə
yaxınlaşdırmalIyiq.Azərbaycan bu məqsədə doğru inamla
irəliləyirdi. Dövlət büdcəsində hərbi xərclərin artırIlması,müasir
silah və texnikanın alInması ,ordunun peşəkarlIğının
yüksəldilməsi Silahlı Qüvvələrimizin daha da güclənməsinə
xidmət edirdi.
Münaqişənin uzun illər dondurulmuş vəziyyətdə saxlanılması
Azərbaycanın milli maraqlarına uyğun deyldi.
Prezident İlham Əliyevin 2003-cü ildən həyata keçirdiyi
siyasətin əsas məqsədi ölkəmizin gücləndirilməsi ,iqtisadi
qüdrətimizin artırIlması və ərazi bütövlüyümüzün bərpası
idi.Dövlət başçısının qeyd etdiyi kimi ,Vətən müharibəsinə
qədər atılan bütün addımlar torpaqlarımızı azad etmək və
düşməni torpaqlarımızdan qovmaq amalına xidmət edirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi
Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı.44 gün
ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək yeni yaşayış
məntəqələrini azad etdi.Hərbiçilərimiz böyük ruh yüksəkliyi
,cəsarət və fədakarlıqla döyüşərək “ Öldü var ,döndü
yoxdur!”şüarını özlərinə döyüş andı etdilər.Güclü Silahlı
Qüvvələrin yaradılması dövlətin qarşıya qoyduğu əsas
vəzifələrdən biri idi və bu vəzifə uğurla yerinə yetirildi.
Azərbaycan Ordusunun qəhrəmanlığı ,xalqımızın birliyi və Ali
Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində tarixi Zəfər
qazanıldı.Prezident İlham Əliyevin müharibə dövründəki nitq və
çıxışları bütün xalqımız tərəfindən böyük rəğbətlə
qarşılanır,insanlarda qələbəyə inamı daha da
artırırdı.Azərbaycan öz gücünü bir daha bütün dünyaya nümayiş
etdirdi.
Qələbədən sonra Azərbaycan sülhün tərəfdarı olduğunu
dəfələrlə bəyan etmişdir.Prezident İlham Əliyev “Biz sülh
istəyirik,biz müharibə istəmirik”fikri ölkəmizin gələcəyə
yönəlmiş siyasətinin əsas istiqamətini ifadə edir.Azərbaycanın
məqsədi regionda davamlı sülhün , təhlükəsizliyin və
əməkdaşlığın təmin edilməsidir.
2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı
xalqımızın tarixi qələbəsinin möhtəşəm nümayişinə çevrildi.Bu
parad Azərbaycan Ordusunun gücünü ,xalqımızın birliyini və
dövlətimizin qüdrətini dünyaya göstərdi.Laçın sərhəd -buraxılış
məntəqəsinin yaradılması isə 2023-cü ildə Azərbaycanın
suverenliyinin və dövlət sərhədləri üzərində nəzarətinin təmin
olunmasında mühüm addım oldu.
Sonrakı dövrdə Azərbaycan -Ermənistan münasibətlərinin
normallaşdırılması ,sülh müqaviləsinin əldə olunması və
regionda yeni əməkdaşlıq imkanlarının yaradılması
istiqamətində tarixi nəticələr əldə edildi.Azərbaycan
müharibədən sonra quruculuq missiyasına başladı .İşğaldan
azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, yollar,
hava limanları ,yaşayış evləri ,məktəblər və digər infrastruktur
obyektləri tikilir.Böyük Qayıdış proqramı çərçivəsində keçmiş
məcburi köckünlərin doğma yurdlarına qayıdışı təmin
edilir.Dövlətimizin diqqət və qayğısı şəhid ailələrini,qaziləri və
müharibə iştirakçılarını da əhatə edir.Onların sosial
müdafiəsinin gücləndirilməsi,mənzil və avtomobillərlə təmin
oluması, reabilitasiya və məşğulluq imkanlarının yaradılması
istiqamətində mühüm tədbirlər həyata keçirilir.Şəhidlərimizin
xatirəsi daim uca tutulur,qazilərimizin fədakarlığı yüksək
qiymətləndirilir.
Prezident İlham Əliyevinin vurğuladığı kimi, milli birlik daimi
olmalıdır.Çünki Azərbaycanın beynəlxalq nüfuzu və dünyada
oynadığı rol getdikcə artır.Bu birliyi qorumaq,müstəqilliyimizi
möhkəmləndirmək və qazanılmış Zəfəri gələcək nəsillərə
ötürmək hər birimizin borcudur.
8 Noyabr sadəcə Hərbi qələbə günü deyil,Azərbaycan xalqının
milli qürur, ləyaqət və ərazi bütövlüyünün bərpası günüdür. Bu
şanlı tarix bizimlə əbədi yaşayacaq,gələcək nəsillər bu böyük
Qələbə ilə fəxr edəcəklər.Zəfərimiz müstəqil Azərbaycanın
gücünün , xalqımızın birliyinin və qəhrəman şəhidlərimizin
əbədi xatirəsinin rəmzidir.
YAŞASIN QALİB AZƏRBAYCAN ! YAŞASIN AZƏRBAYCAN
ORDUSU ! QARABAĞ AZƏRBAYCANDIR!

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button