AnalitikaGündəmSiyasət

Konstitusiya – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçilik prinsiplərinin qorunmasında mühüm əhəmiyyətə malik olan ali hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd ölkəmizdə qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan Konstitusiyası dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və cəmiyyətin davamlı inkişafına xidmət edir. Konstitusiyanın prinsiplərinə sadiqlik hər bir vətəndaşın hüquqi məsuliyyətinin və dövlətçilik mövqeyinin göstəricisidir.
Konstitusiyamız müstəqil Azərbaycanın hüquqi gücünü, dövlətçilik iradəsini və gələcəyə inamını əks etdirən fundamental sənəddir.

İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button