AnalitikaGündəmSiyasət

Üçrəngli Bayrağımız – Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin rəmzi

Müstəqil Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın azadlıq iradəsinin, milli birliyinin, dövlət suverenliyinin və tarixi dövlətçilik ənənələrinin parlaq ifadəsidir. Üç rəngli bayraqımızla bir gənc olaraq qürur duyuruq.

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik tarixini, müstəqilliyini və suverenliyini özündə əks etdirən əsas dövlət rəmzlərindən biridir. Üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Dövlət Bayrağı kimi qəbul edilən üçrəngli bayraq milli dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevrilmişdir. Bayrağımızın rəngləri xalqımızın milli-mənəvi dəyərlərini, müasirlik ideallarını və ümumbəşəri prinsiplərə bağlılığını ifadə edir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra üçrəngli bayrağımız yenidən müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu qazanmışdır.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etmişdir. Bu tarixi nailiyyət Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirir. Dövlət Bayrağına hörmət milli kimliyə, dövlət müstəqilliyinə və tarixi irsə hörmətin ifadəsidir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinin mahiyyətini dərindən mənimsəməsi, milli dəyərlərin qorunması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət Bayrağı yalnız dövlət rəmzi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli birliyinin və müstəqil gələcəyinin ifadəsidir. Üçrəngli bayrağımızın daim ucalarda dalğalanması Azərbaycanın suverenliyinin və dövlətçilik iradəsinin rəmzi olaraq qalacaqdır.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button