Tarixi Zəfərin Zirvəsi: 8 Noyabr – Şuşa Şəhəri Günü

2020-ci ilin noyabr ayının 8-i Azərbaycanın çoxəsrlik tarixində müstəsna və əbədi yer tutacaq şanlı bir gündür. Həmin gün Azərbaycan Ordusunun igid hərbçiləri tərəfindən Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan işğalından azad edildi. Bu tarixi hadisə Vətən müharibəsinin gedişatını kökündən dəyişərək düşmənin müqavimətini tamamilə qırdı və qələbəmizi təmin etdi.
Şuşanın azad edilməsi əməliyyatı hərbi strategiya və cəsarət baxımından dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Sıldırım qayaları yeraltı yollarla deyil, birbaşa piyada və yüngül silahlarla aşaraq şəhərə daxil olan Azərbaycan əsgərləri misilsiz igidlik nümunəsi göstərdilər. Bu zəfər Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 8-i ölkəmizdə rəsmi olaraq Şuşa Şəhəri Günü kimi təsis edilmişdir. Bu gün hər il bütün Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük coşğu, qürur və minnətdarlıq hissi ilə qeyd olunur. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, qazilərimizə və hərbçilərimizə dərin minnətdarlıq ifadə olunur.
İşğaldan azad olunduqdan sonra Şuşada həyata keçirilən bərpa layihələri şəhərə yeni nəfəs vermişdir. Tarixi məscidlərimiz, abidələrimiz və mədəniyyət ocaqlarımız bərpa edilərək öz əzəmətli görkəmini bərpa etmişdir. Şuşa bu gün azadlığın, sülhün və tərəqqinin simvolu kimi gündən-günə gözəlləşir və inkişaf edir.
Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri


