
Üçrəngli bayrağımız sadəcə dövlət rəmzi deyil, bayrağımız əsrlik azadlıq mübarizəmizin, milli kimliyimizin və şanlı tariximizin rəmzidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bu müqəddəs bayraq, xalqımızın müstəqillik və azadlıq arzularının ilk qürur mənbəyi oldu. Sovet işğalı dövründə illərlə qəlblərdə yaşatdığımız bu arzu, 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ilk dəfə rəsmi olaraq ucaldıldı və yenidən müstəqil Azərbaycanın dövlət bayrağı kimi tariximizə qayıtdı.
Müqəddəs bayrağımız mavi rəngi ilə Türk soyumuzu, qırmızı rəngi ilə müasirliyimizi, yaşıl rəngi ilə isə islam dəyərlərimizi əks etdirərək müasir dövrümüzdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə ən ali zirvəsinə çatdı. 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri işğaldan azad edilən hər qarış torpağımızda bayrağımızı ucaltdı. İllərdir öz torpaqlarından ayrı düşən müqəddəs rəmzimiz yenidən Azərbaycanın əzəli torpaqlarında – doğma Qarabağda dalğalanma başladı. Bu, tariximizin ən qürurverici anlarından biri idi.
Üçrəngli bayrağımız bizə 1918-ci ildən bəri müstəqillik yolu keçən ulu əcdadlarımızın və onu öz canı bahasına, qanı bahasına dalğalandıran qəhrəman şəhidlərimizin əmanətidir. Bizlərin borcu onu hər daim zirvələrdə ucaltmaqdır.
Dövlət Bayrağı Günümüzü qürurla qeyd edir, onun daim zirvələrdə dalğalanmasını arzu edirik!🇦🇿
Zərifə Qurbanova,
YAP Yasamal rayon təşkilatının fəal gənci


