
Azərbaycan Respublikasının Konstitusiyası müstəqildövlətimizin hüquqi və siyasi təməlini formalaşdıran əsas sənədolmaqla yanaşı, xalqımızın dövlətçilik əzmini, demokratikcəmiyyət qurmaq istəyini və gələcəyə dair strateji hədəfləriniözündə əks etdirir. Bu mühüm hüquqi sənədin tarixi dəyəri onunqəbul olunduğu dövrdə mövcud olan mürəkkəb siyasi vəziyyət, dövlət müstəqilliyinin qorunması və yeni idarəçilik sistemininyaradılması zərurəti ilə birbaşa əlaqədardır. Konstitusiyanınhazırlanması və ümumxalq səsverməsi ilə qəbul olunmasımüasir Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələtəşkil etmiş, ölkənin davamlı inkişafı üçün möhkəm hüquqi bazayaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illəri əhatəedən fəaliyyəti dövründə dövlətin Əsas Qanununu qəbul etməkmümkün olmamışdır. Sovet hakimiyyəti illərində qəbul edilənkonstitusiyalar isə Azərbaycanın müstəqil dövlət kimi iradəsinivə milli maraqlarını tam şəkildə ifadə edə bilmirdi. Bununlabelə, həmin mürəkkəb tarixi şəraitdə milli dəyərlərin vədövlətçilik ənənələrinin qorunması istiqamətində mühümaddımlar atılmışdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin1978-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanmasıprosesində göstərdiyi qətiyyətli və prinsipial mövqe xüsusiəhəmiyyət daşıyır. Məhz onun təşəbbüsü və siyasi iradəsinəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyadatəsbit olunması təmin edildi. Bu tarixi qərar milli kimliyimizin, dilimizin və mənəvi irsimizin qorunması baxımından müstəsnaəhəmiyyətə malik idi. Eyni zamanda, həmin addım gələcəkmüstəqil dövlətçiliyimizin ideoloji və mənəvi əsaslarınınmöhkəmləndirilməsinə xidmət edən mühüm siyasi hadisə kimitarixə düşdü.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpaetməsindən sonra yeni Konstitusiyanın hazırlanması dövlətquruculuğunun qarşısında duran əsas vəzifələrdən birinəçevrildi. Lakin ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və idarəçilik sahəsindəki ciddi çətinliklər buprosesin həyata keçirilməsini ləngidirdi. Dövlət müstəqilliyininqorunması, siyasi sabitliyin yaradılması və səmərəli idarəetməsisteminin qurulması həyati əhəmiyyət daşıyan məsələlər idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu ÖndərHeydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəniparçalanma təhlükəsi ilə üz-üzə qoyan proseslərin qarşısı alındıvə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühümnəticələr əldə edildi. Bununla da müstəqil Azərbaycanın hüquqidövlət quruculuğunun yeni mərhələsinə keçidi üçün əlverişlişərait yarandı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmışKonstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalqreferendumuna təqdim edildi. Səsvermədə seçicilərin 86 faiziiştirak etdi və onların 91,9 faizi yeni Əsas Qanunun qəbuledilməsinə müsbət münasibət bildirdi. Referendumun nəticələriAzərbaycanın yeni dövlətçilik modelinin xalq tərəfindəndəstəkləndiyini təsdiqləməklə yanaşı, ölkənin gələcəkinkişafının hüquqi istiqamətlərini də müəyyənləşdirdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya demokratik, hüquqivə dünyəvi dövlət quruculuğunun fundamental prinsipləriniözündə əks etdirdi.
Əsas Qanunun başlıca üstünlüklərindən biri dövləthakimiyyətinin bölünməsi, hüququn üstünlüyü və insan hüquqvə azadlıqlarının müdafiəsi prinsiplərini dövlət idarəçiliyininəsas istiqamətləri kimi müəyyənləşdirməsidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinin dəqiqmüəyyən olunması idarəetmə sistemində qarşılıqlı tarazlığın, məsuliyyətin və hüquqi nəzarətin təmin edilməsinə imkanyaradır. İnsan və vətəndaş hüquqlarına geniş yer ayrılması isədövlət siyasətinin mərkəzində şəxsiyyətin, onun ləyaqətinin vəqanuni maraqlarının dayanmasını təsdiqləyir.
Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən vədigər xüsusiyyətlərindən asılı olmayaraq bütün insanların qanunqarşısında bərabərliyi prinsipinin təsbit edilməsi də mühüməhəmiyyətə malikdir. Bu müddəa ölkəmizdə yaşayan müxtəlifxalqların və etnik qrupların hüquqlarının qorunmasına, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin gücləndirilməsinəxidmət edən mühüm hüquqi təminatdır. Beləliklə, AzərbaycanKonstitusiyası yalnız dövlət idarəçiliyinin əsaslarınımüəyyənləşdirmir, eyni zamanda, milli birliyin və ictimaihəmrəyliyin qorunmasına da möhkəm zəmin yaradır.
Konstitusiyanın qəbulundan sonrakı dövrdə onun müddəalarınınpraktikada tətbiqini təmin etmək məqsədilə zəruri hüquqi vəinstitusional islahatlar həyata keçirildi. 1998-ci ildə KonstitusiyaMəhkəməsinin fəaliyyətə başlaması ölkədə konstitusiyanəzarətinin formalaşması, qanunların Əsas Qanunauyğunluğunun təmin edilməsi və hüquqi dövlət prinsiplərininmöhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Sonrakı illərdə keçirilən referendumlar nəticəsindəKonstitusiyaya edilmiş dəyişikliklər isə dövlət idarəçiliyininmüasirləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarınınmüdafiə mexanizmlərinin genişləndirilməsi və hüquqi sistemindövrün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyırdı.
Müasir mərhələdə Konstitusiyanın dövlətçilik tariximizdəki roluAzərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpaedilməsi ilə daha da aktuallaşmışdır. 2020-ci ildə Vətənmüharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ilinsentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsindəölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərqəraredilməsi müstəqil dövlətçiliyimizin ən mühümnailiyyətlərindəndir. Bu tarixi hadisələr Azərbaycanın suverenhüquqlarının tam təmin olunması, milli maraqlarının qorunmasıvə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsibaxımından yeni imkanlar yaratdı.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənməqsədyönlü siyasət ölkəmizin dövlət suverenliyininmöhkəmləndirilməsinə, milli maraqlarının beynəlxalq müstəvidəmüdafiəsinə və qarşıya qoyulan strateji hədəflərinreallaşdırılmasına istiqamətlənmişdir. 2025-ci ilin “Konstitusiyavə Suverenlik İli” elan olunması da Azərbaycanın dövlətçiliktarixində əldə etdiyi mühüm nailiyyətlərin, hüquqi inkişafyolunun və suverenlik prinsiplərinə sadiqliyinin ifadəsi kimixüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycanın müstəqilliyinin, milli həmrəyliyinin, dövlətçilikənənələrinin və gələcək tərəqqisinin əsas təminatlarından biridir. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günüvətəndaşlara qanunlara hörmətlə yanaşmağın, hüquq vəvəzifələrinə məsuliyyətlə münasibət göstərməyin, dövlətçilikdəyərlərini qorumağın vacibliyini xatırladır. Əsas Qanununmüəyyən etdiyi prinsiplərə əsaslanan güclü hüquqi sistem vəsəmərəli dövlət idarəçiliyi Azərbaycanın gələcək inkişafının, ictimai-siyasi sabitliyinin və müstəqilliyinin etibarlı təminatıdır.
Rəşad Əsgərov,
SOCAR “Kompleks Qazma İşləri” trestinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT-nin sədri



