
Qlobal iqtisadiyyatın inkişafı beynəlxalq nəqliyyat və logistikasistemlərinin səmərəliliyindən, ticarət marşrutlarının təhlükəsizliyindənvə regional bağlantıların davamlılığından bilavasitə asılıdır. Son illərdəAvrasiya məkanında nəqliyyat-kommunikasiya infrastrukturununyenilənməsi və alternativ tranzit marşrutlarının inkişafı xüsusiəhəmiyyət qazanmışdır. Bu kontekstdə Orta Dəhliz Asiya ilə Avropaarasında yükdaşımaların həyata keçirilməsi üçün mühüm iqtisadi vəgeostrateji istiqamət kimi çıxış edir. Azərbaycan coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, liman və dəmir yolu imkanları sayəsində bumarşrutun əsas iştirakçılarından biridir. Böyük Britaniya ilə StratejiTərəfdaşlıq haqqında Birgə Bəyannamədə Orta Dəhlizin inkişafınınayrıca qeyd edilməsi Azərbaycanın tranzit potensialının beynəlxalqəməkdaşlıq çərçivəsində daha da genişləndirilməsi baxımındanəhəmiyyətlidir.
Sənəddə regional və beynəlxalq bağlantıların gücləndirilməsi, nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsi, sərhədyanı ticarətvə investisiya imkanlarının artırılması nəzərdə tutulur. Bu istiqamətdəəməkdaşlıq yükdaşımaların səmərəliliyinin yüksəldilməsi, tranzitmüddətlərinin optimallaşdırılması və logistika zəncirlərinindayanıqlılığının gücləndirilməsi baxımından mühüm nəticələr verə bilər. Müasir nəqliyyat sistemlərinin inkişafı yalnız fiziki infrastrukturunyaradılmasını deyil, həm də rəqəmsal gömrük sistemlərinin, elektronsənədləşmənin və məlumat mübadiləsi mexanizmlərinintəkmilləşdirilməsini tələb edir. Böyük Britaniyanın texnoloji və maliyyətəcrübəsi bu istiqamətdə qarşılıqlı bilik mübadiləsi üçün əlverişli zəminyarada bilər.
Orta Dəhlizin inkişafı Azərbaycanın regional iqtisadi inteqrasiyadarolunun gücləndirilməsi ilə yanaşı, ölkənin qeyri-neft sektorunungenişləndirilməsi baxımından da əhəmiyyətlidir. Tranzit xidmətlərinininkişafı, logistika mərkəzlərinin yaradılması, anbar təsərrüfatınınmodernləşdirilməsi və beynəlxalq yükdaşıma xidmətlərinintəkmilləşdirilməsi iqtisadiyyatın yeni gəlir mənbələrinin formalaşmasınaimkan verir. Eyni zamanda nəqliyyat infrastrukturu üzrə investisiyalarınartırılması yerli sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasınavə regional iqtisadi fəallığın yüksəlməsinə müsbət təsir göstərə bilər. Bəyannamədə iqtisadi əməkdaşlığın investisiya, infrastruktur və xidmətsektorları ilə əlaqələndirilməsi bu proseslərin kompleks yanaşmaəsasında inkişaf etdirilməsini nəzərdə tutur.
Beləliklə, Orta Dəhliz Azərbaycan-Böyük Britaniya stratejiəməkdaşlığının iqtisadi və geosiyasi əhəmiyyətini artıran əsasistiqamətlərdən biridir. Bu marşrutun inkişafı Avrasiya məkanındaticarət əlaqələrinin genişlənməsinə, nəqliyyat sistemlərinininteqrasiyasına və regional iqtisadi sabitliyin möhkəmlənməsinə töhfəverə bilər. Azərbaycan üçün Orta Dəhlizin səmərəliliyinin artırılmasıbeynəlxalq tranzit mərkəzi kimi mövqelərin möhkəmləndirilməsi, Böyük Britaniya üçün isə regional iqtisadi və logistika imkanları iləəməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Buna görədə Bəyannamədə bu istiqamətə verilən önəm uzunmüddətli iqtisaditərəfdaşlığın mühüm strateji komponenti kimi qiymətləndirilməlidir.
Kamal Rzayev,
YAP Xəzər rayon təşkilatının fəalı



