Ağdam Sənaye Parkı: Regionun iqtisadi dirçəliş mərkəzi

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasında Ağdam Sənaye Parkı mühüm rol oynayır. 190 hektar ərazini əhatə edən bu park sahibkarlar üçün geniş imkanlar və güzəştli şərtlər təqdim edir. Burada tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və digər sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir.
Sənaye parkının yaradılması təkcə istehsalın bərpası deyil, həm də minlərlə yeni iş yerinin açılması deməkdir. Doğma yurduna qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi Böyük Qayıdışın əsas şərtlərindən biridir. Rezidentlərə təqdim edilən vergi və gömrük güzəştləri yerli və xarici investorların bölgəyə marağını daha da artırır.
Müasir texnologiyalar əsasında qurulan müəssisələr Qarabağın yenidən qurulması üçün lazım olan məhsulları yerində istehsal etməyə imkan verir. Ağdam Sənaye Parkı qısa müddətdə ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən əsas iqtisadi mərkəzlərdən birinə çevrilib.
Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini



