AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Minatəmizləmə əməliyyatları: Təhlükəsiz həyatın təməli

Ağdam rayonunun işğaldan azad olunmasından sonra qarşıda duran ən çətin və vacib vəzifə ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi idi. İşğal dövründə Ermənistan tərəfindən ən çox minalanmış ərazilərdən biri məhz Ağdam rayonu olmuşdur. Bu amil bərpa işlərinin sürətinə və insanların təhlükəsizliyinə ciddi təhdid yaradırdı.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumlar ərazidə gecə-gündüz fəaliyyət göstərərək torpaqları ölüm təhlükəsindən xilas edirlər. Müasir texnikalar, xüsusi təlim keçmiş itlər və peşəkar istehkamçılar vasitəsilə minlərlə hektar ərazi təmizlənərək tikinti və əkin işləri üçün yararlı hala gətirilib.

Ərazilərin minalardan təmizlənməsi həm infrastruktur layihələrinin icrasını sürətləndirir, həm də sakinlərin öz yurdlarına qorxusuz şəkildə qayıtmasına şərait yaradır. Bu fədakar əmək Ağdamda dinc və təhlükəsiz həyatın yenidən qurulmasının əsas təminatıdır.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button