GündəmSosial

3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində müşavirə keçirilib

Oktyabrın 28-də “A.M.Şərifzadə küç. 157” ünvanı üzrə (3 saylıBakı “ASAN Xidmət” Mərkəzi) ərazi partiya təşkilatındaAzərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirəkeçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru, ƏPT sədri Zaur Əfəndiyev, YAP Yasamal rayon təşkilatınınəməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru, ƏPT sədri Zaur Əfəndiyev tədbiriştirakçılarını salamlayaraq ölkəmizin dövlət xidmətlərisahəsində brendinə çevrilmiş “ASAN xidmət” mərkəzindəkeçirilən bu görüşün mühüm sosial və ideoloji əhəmiyyətdaşıdığını bildirib. Z.Əfəndiyev vurğulayıb ki, Yeni AzərbaycanPartiyasının VIII Qurultayı ölkəmizin modern idarəçilikmodelini yeni keyfiyyət mərhələsinə yüksəldən mühüm siyasihadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin qurultaydakı dərin məzmunlu nitqi dövlət qulluğundaşəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəksəviyyədə təmin edilməsi, rəqəmsal innovasiyaların tətbiqi vəgənc kadr potensialının inkişafı istiqamətində mərkəzinfəaliyyətinin qarşısına mühüm vəzifələr qoyur. Mərkəzindirektoru qeyd edib ki, kollektivimiz cənab Prezidentinrəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyi islahatlarına hərzaman dəstək verir və partiyanın ideoloji prinsiplərinintəbliğində fəal mövqe nümayiş etdirir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasimahiyyəti, müasir dövlət idarəçiliyində şəffaflıq prinsipləri və”ASAN xidmət” konseptinin milli inkişaf modelindəki xüsusiyeri barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və dövlətçilik təfəkkürünün ana sütunu olmuşdur. Ulu Öndərin zənginidarəçilik irsini müasir dövrün çağırışlarına uyğun olaraquzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan həm hərbi-siyasi müstəvidə tarihiZəfərlər qazanmış, həm də dövlət idarəçiliyində unikal vəmodern standartlar formalaşdırmışdır. YAP Yasamal rayontəşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətəçatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiyasədrinin irəli sürdüyü prioritetlər dövlət xidmətləri sahəsindəfəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcəyeni mərhələ açmışdır. “ASAN xidmət” mərkəzlərində çalışangənc mütəxəssislər və fəal könüllülər yalnız nəzakətli və çevikxidmət göstərməklə kifayətlənməməli, həm də dövlətçilikideallarının, vətənpərvərlik ruhunun və partiya prinsiplərinindaşıyıcısı kimi cəmiyyətimizə nümunə olmalıdırlar. Ərazipartiya təşkilatı gənclərin ideoloji baxımdan yetkinləşməsi, onların partiya həyatına daha fəal inteqrasiya olunmasıistiqamətində ardıcıl və məqsədyönlü iş aparmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin ərazi partiya təşkilatı dinamik, gənc və innovativ kadr potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevinmüəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiyasıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsirgücünün artırılması istiqamətində mərkəzin fəalları ilə sıxəməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

Çıxış edən “A.M.Şərifzadə küç. 157” ünvanı üzrə (3 saylı Bakı“ASAN Xidmət” Mərkəzi) ərazi partiya təşkilatının sədrmüavini Səbinə Rzayeva mərkəzdə vətəndaşlara göstərilənxidmətlərin keyfiyyəti, rəqəmsal imkanların genişləndirilməsi, “ASAN Könüllüləri” hərəkatının gənclərin fərdi inkişafındakırolundan və ərazi partiya təşkilatının təşkilati fəaliyyətindən sözaçıb. S.Rzayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevinvə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “ASAN xidmət” fəaliyyətinə və gənclərə göstərdiyi diqqət və qayğıkollektivi daha əzmlə çalışıb yüksək nəticələr əldə etməyəhəvəsləndirir. O, YAP-ın VIII Qurultayından irəli gələntapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutacaqlarını vəpartiya ideallarının təbliğində ön sıralarda olacaqlarını bəyanedib.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button