AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamda heyvandarlıq və quşçuluq təsərrüfatlarının bərpası

Ağdam rayonu təkcə əkinçilik deyil, həm də inkişaf etmiş heyvandarlıq və quşçuluq təsərrüfatları ilə məşhur olub. İşğal dövründə fermalar dağıdılmış, otlaq sahələri minalanmış və bu sahəyə ciddi ziyan dəymişdi. Azadlıqdan sonra ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq heyvandarlığın bərpası istiqamətində mühüm addımlar atılır.

Rayon ərazisində müasir heyvandarlıq komplekslərinin yaradılması, məhsuldar cins mal-qaranın gətirilməsi və yem bazasının formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda, fermerlərə dövlət tərəfindən subsidiyalar və güzəştli kreditlər ayrılır ki, bu da özəl təsərrüfatların sürətlə qurulmasına şərait yaradır.

Heyvandarlıq və quşçuluğun inkişafı regionun ət və süd məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəməyə imkan verəcək. Bu sahə kənd əhalisinin gəlirlərinin artmasında mühüm rol oynayacaq.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button