GündəmSosial

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib

Oktyabrın 20-də “B.Vahabzadə küç. 9A” ünvanı üzrə (AR ETN İnformasiya Texnologiyaları İnstitutu) ərazi partiya təşkilatındaAzərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirəkeçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiyaTexnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiyatəşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru RasimƏliquliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq elmi-tədqiqat müəssisəsində keçirilən bu görüşün dövlətimizinideoloji və elmi-texnoloji inkişaf prioritetlərinin vəhdətibaxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. R.Əliquliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək strategiyasını müəyyən edənmühüm tarixi mərhələdir. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlunitqi informasiya cəmiyyətinin formalaşdırılması, süni intellekttexnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin təmin olunmasıvə elmi potensialın rəqəmsal transformasiyaya inteqrasiyasıistiqamətində alimlərin qarşısına taleyüklü vəzifələr qoyub. İnstitutun baş direktoru qeyd edib ki, rəhbərlik etdiyi elmikollektiv dövlət başçısının həyata keçirdiyi innovativ dövlətsiyasətinə tam sadiqdir və partiya ideallarının təbliğində, habeləölkəmizin elmi suverenliyinin möhkəmləndirilməsində var gücüilə çalışmağa davam edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininkonseptual məqamları, IV Sənaye İnqilabı dövrünün ideolojiçağırışları və akademik elmi elitanın qarşısında duran stratejivəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi sabitliyinin, iqtisadi müstəqilliyinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərinzəngin idarəçilik xəttini uzaqgörənliklə sürdürən cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazibütövlüyünü və suverenliyini tam bərpa edərək regional vəqlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Qazanılan butarixi qələbələr həm də dövlətimizin yüksək intellektualpotensialının, müasir texnologiyalardan istifadə bacarığının vəsarsılmaz xalq-iqtidar birliyinin parlaq sübutudur. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü hədəflər elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin daha modern və effektiv prinsiplər əsasında qurulmasını tələb edir. Müasir dünyada informasiya müharibəsi, böyük verilənlərin idarə olunması və rəqəmsal təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. İnformasiya Texnologiyaları İnstitutunun alimləri və gənc tədqiqatçıları elmi innovasiyaları ideoloji fəallıqla uzlaşdırmalı, virtual məkanda milli və dövlətçilik maraqlarımızın qorunmasında ön sıralarda olmalıdırlar. YAP Yasamal rayon təşkilatının sədri əminliyini ifadə edib ki, İnformasiya Texnologiyaları İnstitutunun ərazi partiya təşkilatı zəngin intellektual resursları ilə cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji prioritetlərin reallaşdırılmasında və partiya ideyalarının gənc alimlər arasında geniş yayılmasında hər zaman nümunəvi fəallıq nümayiş etdirəcəkdir.

Çıxış edənlər İnstitutun şöbə müdiri, ƏPT sədri GülnarəNəbibəyova, İnstitutun baş elmi işçisi Zərifə Cəbrayılova, İnstitutun Həmkarlar komitəsinin sədri Anar Səmidov vəİnstitutun kiçik elmi işçisi Nərgiz Quliyeva ərazi partiyatəşkilatında aparılan ictimai-ideoloji işlər, gənc tədqiqatçılarınpartiya sıralarına cəlb olunması və elmi kollektivdəki yüksəkhəmrəylik mühitindən danışıblar. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin vərəqəmsal texnologiyaların inkişafına gösterilən dövlət qayğısıalimləri və gənc mütəxəssisləri daha əzmlə çalışmağahəvəsləndirir. Onlar YAP-ın VIII Qurultayından irəli gələntapşırıqları gündəlik elmi və ictimai fəaliyyətlərində rəhbərtutacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button