Analitika

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Qədim tarixə əsaslanan Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. Bu köklər bir-biri ilə qırılmaz tellərlə bağlanmış, dövlətlərimizin xoş gündə də, dar gündə də bir-birinin yanında olduğuna zəmin yaratmışdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bilən bəzi dünya dövlətləri isə bu münasibətlərin gündən-günə daha da möhkəmlənməsindən, türk birliyinin həmrəyliyinin onlar üçün təhlükə olacağından ehtiyatlanırlar. Bu gün həyata keçirdikləri birgə layihələrlə regionun inkişafına töhfələr verən Türkiyə ilə Azərbaycanın güclənməsini istəməyən bu ermənipərəst ölkələr bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməsinə, bunun fonunda isə qonşu ölkə olaraq münasibətlərinin normallaşmasına mane olur, öz mənafelərini güdərək Ermənistandan istifadə edirlər. Cənab Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasındaqeyd etdi ki, 20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də qardaş ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bir daha bariz şəkildə təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzlərindən biri kimi özünü təsdiq edib. Eyni zamanda da bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni perspektivlər açılıb.Müstəsna siyasi və tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsinin ikinci ildönümünü xatırladan ölkə başçısı bu tarixi sənədin hər iki ölkə üçün mühüm və əhəmiyyətli bir anlaşma olduğunu qeyd etdi:“Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.”Ən yüksək səviyyədə siyasi-iqtisadi əməkdaşlıq əlaqələri quran, ölkələr arasında ticarət dövriyyələrini ildən-ilə artıran, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən yaradılmasında əhəmiyyətli rolu olan nəqliyyat-kommunikasiya layihələrini uğurla həyata keçirən iki qardaş ölkənin birgə səyləri bu gün bütün məsələlərdə birliyin, həmrəyliyin təcəssümünə çevrilib.Məlumdur ki, bu gün Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Bundan başqa Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır. Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Hərbi sahədə işbirliyini, əməkdaşlığını dərinləşdirən, bu sahədə mühüm layihələr reallaşdıran, o cümlədən strateji əhəmiyyətli müştərək hərbi təlimlər keçirən Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir.Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button