Azərbaycanın dünyaya inteqrasiyası Heydər Əliyevin adı ilə bağlıdır
Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. İnteqrasiyanın bir çox tədqiqatçıları onun yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlobal əməkdaşlığın intensivləşməsi meyillərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin ən aşkar və əyani inteqrasiya nümunəsini, gerçək tədqiqini tapmış inteqrasiya modelini, əlbəttə ki, hələlik yalnız Qərbi Avropanın timsalında tam mənzərəsi ilə görmək olar. Son əlli ildə dünya birliyinin bütün dövlətlərinə nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əlli il əvvəl təsəvvürə belə gəlməyən nəticələrinə, bəhrəsinə məhz bu məkanda nail olunmuşdur. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyillərinə çevrilmişdir. XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya elmi ictimaiyyətinin qlobal proseslərə, onun mahiyyətinə, nəzəri əsaslarına və konseptual modellərinə get-gedə artan diqqəti ilə müşayiət olunmuşdur. Müasir dünyada bütün ölkələri əhatə edən inteqrasiya fenomeni, onun suveren milli dövlətə təsirinin nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı faydalı modellərinin axtarışı bu proseslərin obyektiv elmi əsaslarının, hərtərəfli konsepsiyasının müəyyənləşdirilməsinə böyük ehtiyac yaratmışdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir. Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsidir. Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən optimal əməkdaşlıq modelinin hərtərəfli dərk edilməsi mühüm vəzifələrindən biridir. Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli olan ən optimal modellərini müəyyənləşdirən ulu öndərin siyasi irsinin geniş tədqiqi daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində daha da aktuallıq kəsb edir. Postsovet məkanında inteqrasiya proseslərinin spesifikası, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, regional inteqrasiyanın intensivləşməsi ulu öndərin siyasi irsinin Azərbaycan və dünya ölkələri arasında münasibətlərin təkmilləşməsi baxımından yenidən dərin təhlilini gündəmə gətirir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu”.
Kənan Abdullayev,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul işçi



