AnalitikaDünyaGündəmSiyasət

Bakı və Vunq Tau: Neft şəhərlərini birləşdirən dostluq

Bakı və Vunq Tau şəhərləri Azərbaycan–Vyetnam münasibətlərinin tarixində xüsusi yer tutur. Bu şəhərləri birləşdirən əsas amillərdən biri neft sənayesi və dənizçilik ənənələridir. Hər iki şəhər enerji sektorunun inkişafında mühüm rol oynayaraq öz ölkələrinin iqtisadi həyatına əhəmiyyətli töhfələr verib.

Bakı uzun illər ərzində neft sənayesinin tanınmış mərkəzi kimi böyük təcrübə toplayıb. Vunq Tau isə Vyetnamın enerji sektorunda mühüm mövqeyə malik şəhərlərdən biri kimi inkişaf edib. Bu oxşar xüsusiyyətlər iki şəhər arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli zəmin yaradıb.

Bakı ilə Vunq Tau arasında qardaşlaşma münasibətləri xalqların bir-birinə yaxınlaşmasının nümunəsi kimi qiymətləndirilə bilər. Şəhərlər arasında qurulan əlaqələr iqtisadi əməkdaşlıqla yanaşı, mədəni və humanitar münasibətlərin də inkişafına xidmət edib.

Bu dostluq sənədli filmlərdə, xatirələrdə və neftçilərin peşəkar fəaliyyətində öz əksini tapıb. Xüsusilə “Ağ pələnglə görüş” filmi iki şəhər arasında yaranmış münasibətlərin yaddaşda qorunmasına töhfə verib.

Müasir dövrdə Bakı və Vunq Tau arasında əlaqələrin yenidən canlandırılması üçün geniş imkanlar mövcuddur. Enerji, turizm, təhsil, mədəniyyət və şəhər idarəçiliyi sahələrində təcrübə mübadiləsi tarixi dostluğun yeni məzmun qazanmasına şərait yarada bilər.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button