
Milli dövlətçilik ideologiyasının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası VIII Qurultayı ilə özünün siyasi yetkinliyini bir daha nümayiş etdirdi. Ümummillı Lider Heydər Əliyevin banisi olduğu bu partiya ötən illər ərzində Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin əsas qarantına çevrilmişdir. Qurultayda qəbul olunan konseptual tezislər bu tarixi irsin layiqincə yaşadıldığını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət cəmiyyətin monolit birliyini təmin etmişdir. Qurultayda vurğulandığı kimi, əldə olunan hər bir uğur düşünülmüş strateji xəttin və ardıcıl islahatların məntiqi nəticəsidir. YAP cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edərək sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edir.
Partiyanın qarşısında duran yeni hədəflər işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin sürətləndirilməsi ilə sıx bağlıdır. Qurultay materiallarında bu ərazilərin iqtisadi dövriyyəyə qatılması və mülki infrastrukturun qurulmasında YAP üzvlərinin fəal iştirakı xüsusi qeyd olunur. Siyasi təşkilat kimi YAP bu proseslərin ideoloji dəstəyini təmin etməyi öhdəsinə götürür.
Cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması partiyanın prioriteti olaraq qalır. Qurultay qərarları gənc nəslin dövlət idarəçiliyinə və ictimai proseslərə daha fəal cəlb olunmasını nəzərdə tutur. Bu yanaşma partiyanın uzunmüddətli inkişafını və siyasi varisliyi təmin edən əsas amildir.
YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf mərhələsinin ideoloji bünövrəsini təşkil edir. Partiyanın müəyyənləşdirdiyi strateji kurs ölkənin suverenliyinin daimi olmasına və iqtisadi qüdrətinin artmasına xidmət edir. Bu möhtəşəm tədbir Azərbaycan siyasi səhnəsində YAP-ın alternativsiz lider olduğunu bir daha sübut etdi.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini



