Sosial

“Əmək müqaviləsi ilə çalışanların sayı hələ də azdır”

“Hər il 100 min gənc əmək bazarına daxil olur”.

Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.

Nazir qeyd edib ki, bu rəqəmlər mövcud işsizlik statistikasının üzərinə gəlir: “Dövlət və özəl qurumlar tərəfindən bu gənclərin işlə təmin olunması üçün işlər görülür. Dörd ildə 450 min əmək müqaviləsinin bağlanmasına baxmayaraq, məşğul əhalinin içində əmək müqaviləsi ilə çalışan insanların sayı hələ də azdır. Bundan əlavə, əməkhaqqının ÜDM-də payı 14%-dir. Düşünürəm ki, bu rəqəmin iki dəfə artması üçün imkanlarımız var”.

S. Babayevin sözlərinə görə, ölkədə ixtisassız işçi qüvvəsi kifayət qədər çoxdur: “Bu şəxslər təlim və treyninqlərə cəlb olunmalıdır. Biz Təhsil Nazirliyi ilə birgə geniş layihələr planlaşdırırıq. Əmək bazarında gender bərabərliyinin təmin olunması üçün də işlər görülməlidir”.

Oxşar Xəbərlər

Back to top button